Yunanıstan çətin qış mövsümündə Ukraynaya qaz tədarük edəcək
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 17 noyabr, AZƏRTAC
Yunanıstan Rusiyanın hücumları nəticəsində enerji infrastrukturunun iflic vəziyyətinə düşməsi fonunda Ukraynaya ABŞ mənşəli mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü üçün müqavilə imzalayıb.
AZƏRTAC “The Guardian” qəzetinə istinadla xəbər verir ki, bu razılaşma Volodimir Zelenskinin qışdan əvvəl Ukraynanın müdafiəsini və enerji təchizatını gücləndirmək məqsədi daşıyan Avropa turunun əvvəlində Afinaya səfəri zamanı əldə edilib.
“Bu ilin dekabrından 2026-cı ilin mart ayına qədər davam edəcək qaz tədarükü regional enerji əməkdaşlığının və Avropa enerji təhlükəsizliyinin gücləndirilməsində vacib bir addımdır”, -deyə Ukrayna Prezidenti Yunanıstan Baş naziri Kiriakos Mitsotakis ilə görüşdən sonra verdiyi bəyanatda bildirib.
İki ölkə liderləri bildiriblər ki, razılaşma çətin qış mövsümünün ortasında Ukraynaya dəstək olmağa imkan verəcək. Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, razılaşma noyabrın 17-nə keçən gecə Odessa bölgəsində Rusiya pilotsuz uçuş aparatlarının hücumları nəticəsində Ukraynanın enerji infrastrukturuna ziyan dəydiyi bir vaxtda əldə edilib. Zədələnmiş ərazilər arasında günəş elektrik stansiyası da var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 17 Noyabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















