Yunanıstan futbolunda yeni qalmaqal
Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yunanıstan futbolunda yeni qalmaqal baş verib. PAOK-un məşqçi heyəti sərt cəzalandırılıb.
"Football-plus.az" xəbər verir ki, bu qərarı Yunanıstan Futbol Federasiyası (YFF) verib. Buna AEK-ə qarşı keçirilən ölkə kubokunun 1/4 final matçından sonra məşqçilərlə rəqib azarkeşlər arasında dava düşməsi səbəb olub. Yerli medianın yaydığı xəbərə görə, PAOK-un baş məşqçisi Razvan Luçesku (məşhur rumıniyalı məşqçi Mirça Luçeskunun oğlu) və onun 4 köməkçisi stadionun avtoparkında AEK-in azarkeşlərinə hücum edərək onları döyüb. Onların komandanın avtobusuna minməsi ilə enməsi bir olub. Luçeskunun avtobusdan düşüb azarkeşi yumruqla vurması və onun dalınca qaçması kameraya düşüb.
YFF-nin qərarına əsasən, məşqçilərin hər biri futboldan 4 ay müddətinə uzaqlaşdırılıb və 15 min avro cərimələnib. AEK isə azarkeşlərinə görə 10 min avro cərimə edilib.
Baxış sayı:88
Bu xəbər 07 Yanvar 2025 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















