Yunanıstanda miqrantların olduğu qayıq qəzaya uğrayıb, ölənlər var
Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.
Dünən gecə saatlarında Yunanıstanda miqrantları daşıyan qayığın Xios adasında qayalıq sahilə çırpılması nəticəsində iki miqrant həlak olub.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Yunanıstanın sahil mühafizəsi məlumat yayıb.
Məlumata görə, yanğınsöndürənlər hadisə yerindən beş nəfəri xilas ediblər, onlardan ikisi huşsuz vəziyyətdə olub. Quruda axtarışlar zamanı 24 miqrant tapılıb.
Ümumilikdə 12 nəfər Xios adasındakı xəstəxanaya yerləşdirilib, onlardan ikisi ölüb.
Hadisənin təfərrüatları araşdırılır.

Yunanıstanda virus həyəcanı: Ölənlər var
22 Avqust 2025 21:25
Helikopter qəzaya uğrayıb, ölənlər var
15 İyun 2025 08:53
Təyyarə qəzaya uğrayıb, ölənlər var
13 Oktyabr 2025 20:01
Çadda təyyarə qəzaya uğrayıb, ölənlər var
14 May 2025 21:46
ABŞdə təyyarə qəzaya uğrayıb ölənlər var
24 Noyabr 2024 09:40

