Icma.az
close
up
RU
Yunanıstanın Siros adası pulsuz yaşamağı təklif edir Amma bir şərtlə...

Yunanıstanın Siros adası pulsuz yaşamağı təklif edir Amma bir şərtlə...

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Egey dənizinin ortasında yerləşən bu kiçik ada Yunanıstanda istirahət edənlərin arzuladığı hər şeyə malikdir: parlaq ağ evlər, kristal kimi təmiz su və bol günəş. Siros adasını avtomobil və ya skuterlə cəmi bir saata gəzmək mümkündür. Bu, pulsuz yaşamağın mümkün olduğu sakit və cənnətə bənzər bir yerdir — amma bir şərtlə.
Bizim.Media bildirir ki, bu barədə “Bild” nəşri yazır.
Nəşrin yazdığına görə, adaya gedənlərin pişiklərə qarşı allergiyası olmamalıdır. Daha dəqiq desək, hər gün beş saat ərzində çoxlu sayda pişiyə qulluq etməli olacaqsınız. Heyvanların müdafiəsi ilə məşğul olan “Syroscats” təşkilatı könüllülər axtarır. Bunun müqabilində isə Avropanın ən gözəl yerlərindən birində pulsuz yaşayış təklif edir.
 

Hər il on minlərlə namizəd bu imkanla maraqlanır. Hazırda 2027-ci ilin yanvarından iyun ayına qədər olan dövr üçün müraciətlərin qəbulu başlayır. 25 yaşdan yuxarı, tək şəxslər və ya cütlüklər axtarılır. Namizədlər müstəqil işləməyi bacarmalı və adada ən azı bir ay qalmaq istəməlidirlər.


“Biz gündə təxminən beş saat, həftədə beş gün iş müqabilində yaşayış yeri, səhər yeməyi və kommunal xərclərin ödənilməsini təklif edirik. Baytar köməkçisi təhsili və ya iş təcrübəsi olan, yaxud küçədə yaşayan vəhşi pişiklərlə işləmək təcrübəsinə malik namizədlərə xüsusilə üstünlük verilir”, — deyə təşkilat elan edib.
Lakin vaxtında və məsuliyyətlə işə gələn istənilən digər pişiksevər də müraciət edə bilər.
Yunanıstanda pişiklərə baxıcı kimi işləməyi seçən şəxslər 30 sentyabr tarixinə qədər “Syroscats” saytında ərizə doldura bilərlər.
Düzdür, bunun üçün maaş ödənilmir. Amma işdən sonra sizi əsl tətil hissi gözləyir. Siros vaxtilə bir çox Yunanıstan adalarının olduğu kimidir: həqiqi, toxunulmamış, böyük otel kompleksləri və turist izdihamı olmayan bir ada.
İncə qumlu çimərliklərdə kiçik və qismən gizlənmiş çimərlik körfəzləri var. Adanın paytaxtı Ermupolidə isə çoxlu kafe və restoran yerləşir. Burada təzə balıq və müxtəlif yunan milli yeməklərini hələ də münasib qiymətlərə dadmaq mümkündür.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 Sentyabr 2026 04:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see304

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see290

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see266

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see261

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see259

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see258

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see249

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see240

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see239

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see233

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see225

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see222

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see221

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see219

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see217

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see217

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see217

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see212

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri