“Yunayted”i gözləyən təhlükə: 1 milyardlıq müqavilə ləğv edilə bilər
Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.
“Mançester Yunayted” İngiltərə Premyer Liqasını tərk edərsə, idman geyimləri və ayaqqabı istehsalçısı “Adidas”la əsas sponsorluq müqaviləsini itirə bilər.
Publika.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Mənbənin sözlərinə görə, ümumi məbləği 900 milyon funt-sterlinq (hazırkı məzənnə ilə 1,088 milyard avro) olan sponsorluq müqaviləsinin şərtlərinə əsasən, “Mançester Yunayted” İngiltərə futbolunun yüksək divizionunda yerini itirərsə, şirkət müqaviləni ləğv etmək hüququna malikdir. Bildirilir ki, “qırmızı şeytanlar” Çempionşipə düşərsə, “Adidas”ın ikinci variantı illik ödənişləri iki dəfə azaldaraq 45 milyon funt-sterlinqə salmaqdır.
Premyer Liqanın turnir cədvəlində “Mançester Yunayted” 19 oyundan sonra 22 xalla 14-cü yerdədir. Mankunianları düşmə zonasından 7 xal ayırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 02 Yanvar 2025 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















