Yüngül qəza zamanı belə etməyin: Yolda tıxaca səbəb olursunuz VİDEO
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakıda baş verən yüngül yol-nəqliyyat hadisəsi zamanı sürücülər sıxlığa səbəb olublar. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 17-də, paytaxtın Neftçilər prospektində qeydə alınıb. Belə ki, 77-RZ-837 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü qarşıdakı 99-PZ-781 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilə toxunaraq yüngül qəza keçirib. Lakin hadisə o qədər yüngül olub ki, avtomobillərin heç birinə maddi ziyan dəyməyib. Buna baxmayaraq onlar sol zolaqda dayanaraq sıxlığa səbəb olublar.
Sürücülərə tövsiyə edirik ki, yüngül qəzalar baş verən zaman yolun kənarında dayanaraq prosedura uyğun hərəkət etsinlər. Əksər sürücülərin yaddaşında qalmış yanlış bir düşüncə var ki, qəza olan zaman maşınları yerindən tərpətmək olmaz. Qəza zamanı günahın hansı sürücüdə olduğu məlumdursa, hətta onların yolun kənarında dayanmasına da ehtiyac yoxdur. Birbaşa Dövlət Yol Polisi İdarəsinə gedərək yol-nəqliyyat hadisəsini rəsmiləşdirməlidirlər.
Fərid


