Icma.az
close
up
RU
Yunus Əmrə İnstitutunda görüş keçirildi FOTOLAR

Yunus Əmrə İnstitutunda görüş keçirildi FOTOLAR

Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə ilə ədəbi əlaqələr çərçivəsində Yunus Əmrə İnstitutunda "Söz körpüsü" Yaradıcılıq Klubu və “Güftə” ədəbiyyat dərgisinin təşkilatçılığı ilə ədəbi görüş keçirildi. Görüşün moderatoru Türkdilli Dövlətlər İqtisadçıları İctimai Birliyinin sədri, iqtisad elmləri doktoru Rəsmiyyə Sabir idi.

Tərtib edilən proqram dörd hissəyə bölünmüşdü. Görüş ədəbiyyatımızın tanınmış nümayəndələrinin – Xalq şairi Sabir Rüstəmxanlı, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Əməkdar jurnalist, “Ulduz” jurnalının redaktoru Qulu Ağsəs, Əməkdar jurnalistlər Bahəddin Həzi, Zemfira Məhərrəmli, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru Mahirə Nağıqızı, yazıçı, psixoloq Rövşən Abdullaoğlu, uşaq yazıçısı, tərcüməçi Sevinc Nuruqızı,  şairlər Kəmalə Abıyeva, Ayaz Arabaçı, yazıçılar Hicran Hüseynova, Amin Oruc, Nəsimə Dursun, Ali Saçıkara və aktyor Kamran Yunisin iştirakı ilə açıq elan edildi. Ölkəmizin və Türkiyənin digər tanınmış şəxslərinin də qonaq olduğu görüşdəki müzakirələr hər iki xalqın ədəbiyyatında gedən müasir prosesləri əks etdirdi. Ziyalılar sənət, ədəbiyyat, qardaş ölkə ilə münasibət mövzusunda fərqli çıxışlarla görüşə marağı artırdılar.
"Hekayə janrında yeniliklər" panelinin moderatorluğu isə yazıçı, publisist Pərvanə Bayramqızına həvalə edildi. O, ölkələr arasında ədəbi-mədəni əlaqənin mədəniyyət, ədəbiyyat sahəsinə faydasından, qardaş Türkiyə ilə Azərbaycan arasında ədəbi körpü yaradan təşkilatçıların işlərindən və söz sənətinin qədim janrlarından başlayaraq müasir dövrə qədər keçdiyi inkişaf yolundan, Azərbaycan ədəbiyyatında qələmə alınmış ilk hekayə nümunələrindən bəhs etdi. Paneldə qonaqlarla texnoloji yeniliklərin ədəbiyyata təsiri, mövzu-üslub dəyişikliyi, yeni nəslin qələmində hekayə janrının formalaşdırdığı istiqamət də müzakirə edildi. Müasir sosial problemlər, hadisələr hekayə  mövzusu olarkən nələrə diqqət yetiriləcəyi barədə qonaqlar individual mövqe bildirdilər.

Hekayə ustaları Ayşə Ay, Vəli Ay Türkiyə ədəbiyyatından geniş məlumat verdilər. Yazıçı, jurnalist Azər Qismətin çıxışı dünya ədəbiyyatındakı hekayə janrında mövcud olan yeniliklərin  Azərbaycan ədəbiyyatında istifadə edilməsi  mövzusunda oldu. O, eyni zamanda, yazıçıların üslubuna, gənc yazarların diqqət yetirməli olduqları məqamlara toxundu. Paneldə Qulu Ağsəs həmkarı Vəli Ayla əməkdaşlığın mümkünlüyü haqda fikir mübadiləsi yürütdü.

Qonaqlar poeziya dəqiqələrində şair Müşfiqə Baləddinqızı və qiraətçi Anar Atakişinin söylədikləri şeirləri dinlədilər.
Uşaq ədəbiyyatı panelində uşaqlar arasında keçirilən “Balaca qələm sahibləri” müsabiqəsinin qaliblərinə Türk Sənət Akademiyası və Yunus Əmrə İnstitutu tərəfindən hədiyyələr, sertifikatlar verildi.

 Görüş “Güftə” ədəbiyyat dərgisinin təsisçisi yazıçı Ayşə Ay və “Zərif kölgələr” saytının yaradıcısı şair Aysel Nəsirzadənin birgə layihəsi olan “Xəzərdən Ağdənizə” antologiyasının təqdimatı ilə başa çatdı.  Xatırladaq ki, antologiyanın təqdimatı bundan əvvəl Kapadokya Ədəbiyyat Festivalı çərçivəsində Nevşehir Hacı Bektaş Veli Universitetində keçirilib. 

Görüşü ərsəyə gətirənlərdən Aysel Nəsirzadə sonda tədbirdə iştirak edənlərə minnətdarlığını bildirdi. Həmidə Yaqubova və Aysel Xanlarqızı isə qonaqların diqqətinə çatdırdılar ki, bu cür ədəbi görüşlərin səmərəliliyini nəzərə alaraq gələcəkdə də dostluq-qardaşlıq əlaqəsini davam etdirəcək, yeni layihələr hazırlayacaqlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://adalet.az
archiveBu xəbər 24 Yanvar 2026 09:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri