Icma.az
close
up
RU
Yurd həsrətli insanlarla görüşlər davam edir

Yurd həsrətli insanlarla görüşlər davam edir

Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.


"Müvəkkil Hüquq Mərkəzi" İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyəsi ilə "Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya" layihəsi çərçivəsində Salyan rayonunun Yeni Uluxanlı kənd sakinləri ilə görüşüb.
Reyting.az
bildirir ki, bu barədə layihənin rəhbəri tədqiatçı-hüquqşünas Səməd Vəkilov məlumat verib.
Onun sözlərinə görə, Yeni Uluxanlı kəndi əsasən Qərbi Azərbaycanın Zəngibasar mahalından - İosif Stalinin qərarı ilə öz doğma yurdlarından deportasiya edilmiş Azərbaycan türkləridir. Belə şəxslərdən biri də Əliyev Əkbər Adil oğludur. O, 18 may 1941-ci ildə Qərbi Azərbaycanın dilbər güşəsi olan Zəngibasar mahalının Zəngibasar kəndində anadan olub. İlk ibtidai orta təhsilini Zəngibasarda alıb. Onlar 1949-cu ildə öz doğma yurdlarını tərk etmək məcburiyyətində qalaraq Azərbaycana - Papanin (Əli Bayramlı) rayonuna I saylı Şirvan Pambıqçılıq sovxozunun 3-cü şöbəsinə köç ediblər.
Əkbər Əliyev deyir ki, doğma yurdlarını tərk edib bura gələndə burada Vedibasar mahalının Vedi kəndindən 6-7 ailə olub. Tədricən 1949-cu ildən 1952-ci ilədək köçürülmə davam edib: “Biz 1949-cu oktyabr ayında 11 ailə olmaqla, ev əşyaları və heyvanlarla eyni vaqonda Azərbaycana gəldik. Biz gələndə kəndin yolu yox idi. İşıq yalnız 1955-ci ildə çəkildi. İbtidai məktəb 4-cü sinifə qədər idi. Sonra 7 illik məktəb oldu".
Ə. Əliyev o günlərdən danışarkən dərindən ah çəkir: “Atam Kərimov Adil Əli oğlu 1941-ci ilin mən doğulandan 6 ay sonra dünyasını dəyişib. Ailə başçısı kimi anam Xədicə Kərimova qeyd edilib. Anam Kərimova Xədicə Cabbar qızı əslən İrəvan şəhərindən idi. O,1903-cü ildə İrəvan şəhirində doğlub. İndiki Ararat stadionu ana babam Cabbar kişinin bağ sahəsi olub”.
Əkbər kişi digər ailə üzvləri haqqında da məlumat verib. Onun bacı-qardaşları Zəngibasarda doğulsalar da, yurd həsrəti ilə Salyanda dünyalarını dəyişiblər.
1. Əliyeva Sara Adil qızı (1927-2014-cü il)
2. Kərimova Xanımzər Adil qızı (1932-2016-cı il)
3. Əliyeva Məryəm Adil qızı(1938-2021)
4. Əliyev Yaqub Adil oğlu (1930-1993).
Əkbər Əliyevin oğlu Zülfüqar I Qarabağ müharibəsinin iştirakçısıdır. Onun adını daşıyan Əkbər adlı nəvəsi isə 2024-cü tədris ilində ildə 550 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər fakültəsinə qəbul olub. Diplomat olmaq, siyasətlə məşqul olmaq onun uşaqlıqdan arzusudur. O, siyasət, tarix, coğrafiya ilə yaxından maraqlanır. Əsasən Qərbi Azərbaycan İcmasının tədbirlərində fəal iştirak edir, Qafan Rayon Gənclər Şurası ilə əməkdaşlıq edir. Qərbi Azərbaycanla bağlı bütün layihələrdə iştirak etməyə çalışır və onları dəstəkləyir, babasının məcburi çıxarıldığı Qərbi Azərbaycan torpaqlarına qayıtmaq uğrunda mübarizə aparmaq və doğma yurda qayıtmaq ən böyük arzusudur.






Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://reyting.az
archiveBu xəbər 28 İyul 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see345

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see341

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see277

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see272

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see270

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see267

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see263

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see262

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see248

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see223

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see215

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see214

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see213

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see210

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see207

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see206

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see205

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri