Yurgen Klopp: Qarabağ ı yaxından izləyirəm, yaxşı komandanız var
Icma.az bildirir, Idman.biz portalına istinadən.
"Qarabağ" Futbol Akademiyasının baş koordinatoru Aftandil Hacıyev Almaniyaya səfər edib.
İdman.biz "Sportinfo"ya istinadən xəbər verir ki, Avropa Klublar Birliyinin (ECA) panel tədbirində iştirak məqsədilə sözügedən ölkəyə yollanan funksioner burada "Liverpul"un sabiq baş məşqçisi Yurgen Klopla görüşüb.
Baş koordinator bildirib ki, Klop ondan hansı ölkədən olduğunu soruşub: "Azərbaycandan gəldiyimi, "Qarabağ"da çalışdığımı söylədim. "Qarabağ"ın adını eşidən kimi üzü güldü, "bu klubu yaxşı tanıyıram" söylədi. 14-15 il əvvələ qayıtdı. UEFA Kubokunda "Borussiya Dortmund" ilə "Qarabağ"a qarşı keçirdiyi oyunları xatırladığını söylədi. Dortmund və Bakıdakı oyunların çox çətin keçdiyini bildirdi. Dedi ki, mən ondan sonra daim "Qarabağ"ı izləyirəm, nəticələri ilə yaxından maraqlanıram, yaxşı komandanız var. Klop söylədi ki, "Qarabağ"ın Avropaya səs salacağını, daim qrup mərhələlərində oynayacağını hələ o vaxt hiss edib. Klubumuza uğurlar arzuladı, bizdən yeni-yeni böyük qələbələr gözlədiyini bildirdi".
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 30 Aprel 2025 18:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















