Yurgen Klopp “Real Madrid”in növbəti baş məşqçisi ola bilər Romano
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
İnsayder Fabrizio Romano “Real Madrid” və “Liverpul”un keçmiş baş məşqçisi Yurgen Klopp arasında danışıqlar barədə şayiələrə münasibət bildirib.
İdman.Biz xəbər verir ki, əvvəllər alman menecerin İspaniya klubunun baş məşqçisi vəzifəsinə namizədlərdən biri olduğu bildirilirdi.
“Heç nə baş vermir. “Real Madrid” hazırda Yurgen Kloppla əlaqə saxlamayıb. Danışıqlar, zənglər, əlaqələr yoxdur, heç nə yoxdur. Hazırkı vəziyyət belədir ki, “Real Madrid” baş məşqçi vəzifəsi üçün bir neçə namizədi nəzərdən keçirir. Onlar həqiqətən Yurgen Kloppu qiymətləndirirlər, amma ona yaxınlaşıb fikrini dəyişməyə çalışmayacaqlar.
Əgər Yurgen Klopp məşqçiliyə qayıtmaq istəsə, “Real Madrid” mövsümün sonunda Arbeloa ilə bağlı nələrin baş verəcəyindən asılı olaraq onu nəzərdən keçirə bilər. Alvaro Arbeloa hazırda komandadadır və onun növbəti mövsüm üçün “Real Madrid”in baş məşqçisi olmaq şansı var.
Amma nəticə etibarilə, “Real” məşqçiləri dəyişdirmək qərarına gələrsə, Klopp yayda namizəd ola bilər. Beləliklə, “Real” Kloppun nə istədiyini gözləyir. Bu, klubun mövqeyidir, strategiyasıdır. Ona görə də, hələlik heç bir danışıqlar aparılmır. Klopp sadəcə klub daxilində dəyərləndirilir, amma hələlik yalnız bu qədər” - Romano özünün YouTube kanalındakı çıxışında bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 20 Yanvar 2026 07:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















