Yuri Maksimov: Bu cür qollar buraxmaq olmaz
Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.
"Birinci hissədə pis oynamırdıq. Hesab da öndə idik, bunu davam etdirmək lazım idi. İnam yox idi, qollar buraxdıq. Elə qollar buraxdıq ki, bu cür qollar buraxmaq olmaz".
Sportal.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Yuri Maksimov Misli Premyer Liqasının 7-ci turunun "Sumqayıt"la(2:1) görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını cavablandırıb.
- Matçdan sonra klub rəhbərliyi paltardəyişmə otağına gəlmişdi. Nə dedi sizə?
- Bu, komanda daxili məsələdir. Nəsə deyə bilmərəm.
- Fasilədən sonra nə baş verdi? İlk hissədə dominant oynayırdınız, sonra bunun davamını gətirə bilmədiniz...
- Futbolçular hesabı saxlamaq istədilər. Öz səhvlərimizdən qollar buraxdıq.
- Bir aya yaxındadır ki, baş məşqçi postundasınız. Bu kollektivin autsayder olması nə dərəcədə realdır? Komandanın potensialı var, yoxsa reallıq budur?
- Nəyimiz varsa, onunla da davam edəcəyik. Əlbəttə ki, işimizə davam edəcəyik.
- Bu mövsüm qarşınıza avrokubok hədəfi qoyulub? Narahat deyilsiz ki, siz də sizdən əvvəlki həmkarlarınızın yaşadığı aqibəti yaşayarsınız?
- Məşqçi işi belədir, nə etmək olar? Qarşıda nə olacaq, bilmirəm.
Mirbağırağa
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 16 Oktyabr 2026 21:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















