Icma.az
close
up
RU
Yuri Matias: “Bu cür oyunla finala çıxmaq şansımız sıfırdır” MÜSAHİBƏ

Yuri Matias: “Bu cür oyunla finala çıxmaq şansımız sıfırdır” MÜSAHİBƏ

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Neftçi”nin müdafiəçisi Yuri Matiasın Futbolxeber.az-a müsahibəsi

- Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk matçında “Sabah”a 1:2 hesabı ilə uduzdunuz. Məğlubiyyətə səbəb nə oldu?

- Dəqiq nəsə demək çətindir. Rəqibin şansı bizdən çox oldu. Uduzduq, lakin mübarizə hələ bitməyib. Qarşıda ikinci matç var. Həmin görüşdə vəziyyəti, eləcə də oyunumuzu dəyişməliyik. 1:2 hesablı məğlubiyyət son deyil.

- Finala adlamaq üçün “Neftçi” cavab matçında nələri dəyişməlidir?

- Finala yüksəlmək istəyiriksə, daha yaxşı oynamalıyıq, daha çox qol epizodumuz olmalıdır. Çünki ilk matçda elə də çox qol şansımız olmadı. Yalnız künc zərbələrindən sonra 2-3 dəfə rəqib qapısında təhlükəli vəziyyət yarada bildik. Bu, “Neftçi” üçün çox azdır.

- İlk görüşdə sərgilənən futbolla “Neftçi”nin ikinci görüşdə vəziyyəti xeyrinə dəyişməsi nə dərəcədə realdır?

- Bu cür oyunla finala çıxmaq şansımız sıfırdır. Həlledici matça vəsiqə qazanmaq istəyiriksə, başqa cür oynamalyıq. Belə olmaz. “Qarabağ”, “Zirə”yə qarşı oynadığımız kimi çıxış etməliyik. Qol vura bilmiriksə, necə finala çıxacağıq?

- “Sabah”la matçda penaltini sizin yerinə yetirməyiniz gözlənilməz oldu...

- Normalda bizdə penaltini Emin Mahmudov, yaxud Filip Ozobiç vurur. Onlarda meydanda yox idi. Ona görə də məsuliyyəti mən üzərimə götürdüm. Düzdür, ilk epizodu qaçırdım, amma sən bir şeyi ürəkdən istəyirsənsə, Tanrı ikinci şansı verir.

- Qoldan sonra xüsusi hazırlanmış formanı qaldırdınız. Belə çıxır ki, qol vurmaq üçün əvvəlcədən xüsusi hazırlaşmışdınız?

- Bu görüşdə biz oyunöncəsi məşqə Ümumdünya Autizm haqqında Məlumatlandırma Günü münasibətilə xüsusi hazırlanmış formalarla çıxmışdıq. Bilirsiniz ki, bu, mənim üçün xüsusi bir haldır. Çünki övladım da autizmdən əziyyət çəkir. Bəli, emosional idim. Buna görə də qol vurmağı çox istəyirdim. Qol vurduqdan sonra formanı göstərməyim də bununla əlaqədardır. Mən onlar üçün vuruşurdum.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 04 Aprel 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see243

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see178

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see129

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see125

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see125

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see125

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see124

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see124

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri