Yusif Axundov direktor təyin EDİLDİ
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yusif Axundov Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxsin direktoru vəzifəsinə təyin edilib.
Redaktor.az xəbər verir ki, Y.Axundov 2001-ci ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavriat, 2003-cü ildə isə magistratura təhsilini başa vurub.
Əmək fəaliyyətinə 2002-ci ildə “Azərenerji” ASC-də mühəndis kimi başlayan Yusif Axundov 2005–2008-ci illərdə “McDermott Caspian Contractors Inc” şirkətində tərcüməçi və inzibatçı, 2008–2013-cü illərdə Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Kommersiya şöbəsində iqtisadi məsələlər üzrə müşavir vəzifələrində çalışıb. 2013–2017-ci illərdə “Gilan-Qəbələ Konserv Zavodu” MMC-də ixracat üzrə mütəxəssis və şöbə müdiri, 2018–2020-ci illərdə “Mars FK LTD” MMC-nin direktoru olub. 2024-cü ildə Peşə Təhsili üzrə Dövlət Agentliyinin Tərəfdaşlarla iş və kommunikasiya şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 13 Oktyabr 2026 11:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















