Icma.az
close
up
RU
Yusif Eyvazov eks xanımından danışdı Aramızda xüsusi kimya var

Yusif Eyvazov eks xanımından danışdı Aramızda xüsusi kimya var

Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xalq artisti Yusif Eyvazov yenidən Rusiyanın Xalq artisti Anna Netrebko ilə eyni səhnəyə çıxıb. Avqustun 30-da sənətçilər Arena di Verona səhnəsində Cüzeppe Verdinin "Aida" operasında baş partiyaları ifa ediblər.

Axşam.az xəbər verir ki, tamaşa Veronada keçirilən 103-cü Opera Festivalının ən çox gözlənilən hadisələrindən biri olub və tam anşlaqla keçib. Yusif Eyvazov minlərlə tamaşaçı qarşısında "Radames", Anna Netrebko isə "Aida" partiyasını ifa edib. Bu, Netrebkonun 2026-cı il festivalı çərçivəsində Arena səhnəsində yeganə çıxışı olub.

Tamaşadan sonra Yusif Eyvazov Anna Netrebko ilə uzun fasilədən sonra yenidən eyni səhnədə görüşməsi ilə bağlı təəssüratlarını bölüşüb:

"Biz Madriddə "Trubadur" operasında birlikdə oxumalı idik, lakin təəssüf ki, Anna həmin vaxt iştirakını ləğv etdi. Buna görə də onunla birlikdə səhnəyə çıxmaq üçün həqiqətən çox darıxmışdım. Səhnədə aramızda həmişə xüsusi bir anlaşma, xüsusi kimya və enerji olub. Bunu nə uydurmaq, nə də oynamaq mümkündür. Onunla yenidən oxuduğum üçün çox şad idim və düşünürəm ki, hər ikimiz yenidən eyni səhnədə görüşməkdən çox xoşbəxt idik.

Dünənki tamaşa tam anşlaqla keçdi. Ümumiyyətlə, bu mövsüm Arena di Verona-da bir çox tamaşa "sold out" olub. Belə nəhəng arenanı tam doldurmaq olduqca çətin məsələdir. Bu, tamaşaçıların operaya böyük marağından xəbər verir. Tamaşaya Tişa da (Annanın oğlu Tyaqo - red.) gəlmişdi və onu görməyimə də çox şad oldum.

Bir-birimizi görməyə, yenidən birlikdə oxumağa çox şad idik. Gələcəklə bağlı ortaq yaradıcılıq planlarımız var, buna görə də qarşıda bizi hələ çox səhnə görüşləri gözləyir. Hər şey yaxşıdır, qoy hamı rahat yaşasın".

Qeyd edək ki, Yusif Eyvazovla Anna Netrebko bir neçə il əvvəl 10 illik evliliklərini sonlandırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://axsam.az
archiveBu xəbər 31 Avqust 2026 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri