Yusif Səfixanov: Biz ələlə verib doğma Cəbrayılımızı yenidən dirçəldəcəyik
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"31 il əvvəl oğlumun bir yaşı olanda Cəbrayıldan qaçqın düşdüm, indi nəvəmin bir yaşında ailəmlə Cəbrayıla geri qayıdıram".
Bu sözləri Oxu.Az-a açıqlamasında Cəbrayıl sakini Yusif Səfixanov deyib.
"Bu işdə əməyi olan hər kəsə minnətdaram ki, bu hissi bizə yaşatdılar. Çox gözəl hissdir, onu sözlə ifadə etmək çətindir. Cəbrayıl cənnətə bənzər yer idi, mənfur ermənilər oranı talan etdilər. Amma biz əl-ələ verib doğma yurdumuzu yenidən dirçəldəcəyik. Heç vaxt ümidimizi üzməmişdik, həmişə bu ümidlə yaşamışıq. İndi bu ümidimiz reallaşır".
Xatırladaq ki, bu gün daha 35 ailə Bakıdan doğma Cəbrayıl şəhərinə yola salınıb.
Mərahim Nəsib

Ələlə tutmaq ağrını azaldır
16 Noyabr 2024 09:43
Bayraq Meydanında ələlə... Fotolar
08 Noyabr 2024 18:01
Dünyada 58 ölkə minalardan əziyyət çəkir Hafiz Səfixanov
04 Dekabr 2024 14:01
Təşkilatlar ekosistemlərin bərpası üçün ələlə verə bilər İvana Jivkoviç
15 Noyabr 2024 16:22
Həyat yoldaşı ilə ələlə gəzən kişiyə edilən zarafat gündəm oldu VİDEO
08 Noyabr 2024 18:15

