Yuventus forvardı ilə bağlı qərarını verdi SON DURUM
Icma.az, Fanat portalına istinadən məlumat verir.
"Yuventus" klubu oynamaqdan daha çox zədəsini sağaltmaqla yadda qalan hücumçusu Arkadiuş Miliklə müqaviləni ləğv etməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Nikolo Skira yayıb.
Mənbənin məlumatına görə, Turin nəhəngi yay fasiləsində onunla yollarını ayərmağı qətiləşdirib.
Polşa millisinin forvardı 2024-cü ilin yayında Ukrayna ilə oyunda zədələnib və o vaxtdan bəri meydanda bir dəqiqə belə oynamayıb. Menisk yırtığından sonra sıraya dönməsi hər dəfə təxirə salınır.
Xatırladaq ki, Milik 2023-cü ildə "Yuventus"a keçib və onun daha bir il müddətə müqaviləsi qüvvədədir.
Polşalı forvard Turin klubundan əvvəl "Napoli", "Ayaks", "Olimpik Marsel", "Bayer Leverkuzen" və "Qurnik"də çıxış edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 01 Aprel 2025 22:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















