“Yuventus” Jeremi Boqa üçün hərəkətə keçdi: 4,8 milyonluq təzminat ödəniləcək
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
İtaliyanın “Yuventus” futbol klubu qış transfer pəncərəsində “Nitsa”dan icarəyə götürdüyü Jeremi Boqanın transfer hüquqlarına tam sahib olmaq qərarına gəlib. Turin təmsilçisi təcrübəli futbolçunun çıxışından məmnun qaldığı üçün onun müqaviləsindəki satınalma bəndindən istifadə edəcək.
İdman.Biz xəbər verir ki, klub Kot-d'İvuar millisinin üzvü üçün 4,8 milyon avro (9 milyon AZN) təzminat ödəməyə hazırdır. Mövsümün sonuna qədər icarəyə götürülən Boqa, qısa müddətdə komandanın vacib simalarından birinə çevrilməyi bacarıb.
29 yaşlı futbolçu A Seriyasında son iki matçda - “Roma” və “Piza”ya qarşı görüşlərdə sonradan meydana daxil olmasına baxmayaraq, qol vurmağı bacarıb. “Sassuolo”nun keçmiş ulduzunun bu effektivliyi rəhbərliyin rəğbətini qazanıb.
Məlumata görə, “Yuventus” Boqa üçün 2029-cu ilə qədər nəzərdə tutulan uzunmüddətli müqavilə hazırlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 08 Mart 2026 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















