Icma.az
close
up
RU
Yuventus la Borussiya tamaşa göstərdi

Yuventus la Borussiya tamaşa göstərdi

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Sentyabrın 16-18-i aralığında Çempionlar Liqasında əsas mərhələnin 1-ci turunun oyunları keçirildi. Təbii ki, startdakı ən böyük sensasiyanın səbəbkarı səfərdə “Benfika”nı məğlub edən “Qarabağ”dı. Türkdilli dövlətlərin çempionlarından “Qalatasaray” və “Kayrat” isə darmadağın oldu.

Madriddəki qarşılaşmanın ilk yarısı qol vəziyyətləri ilə zəngin oldu. Özü də bunlar əsasən “Marsel”in qapısı önündə yarandı. Ancaq hədsiz inamlı oynayan Rulyi qol buraxmaq fikrində deyildi. Baxmayaraq ki, onun oyundaşları rəqibə əl-qol açmaq imkanı vermişdi. “Real” hər nə qədər təzyiq göstərsə də, hissənin ortalarında topu öz qapısında gördü. Vea əks-hücumda fərqləndi. Düzdü, qonaqların qol sevinci uzun sürmədi. Kondoqbianın Rodriqoya qarşı kobudluğuna görə təyin olunan penaltini dəqiq yerinə yetirən Mbappe hesabı bərabərləşdirdi.
Belə düşünmək olardı ki, “Real” bundan sonra qolları sıralayıb asan qələbə qazanacaq. Ancaq madridlilər yenə də qol imkanlarını bir-birinin ardınca əldən verdi. 2-ci hissədə isə oyunun dinamikası aşağı düşdü, təhlükəli vəziyyətlərin sayı azaldı. Üstəlik “Real” Karvaxal 72-ci dəqiqədə Rulyiyə qarşı kobudluq üzündən meydandan qovulduğuna görə azlıqda qaldı. Amma oyunun məzmunu dəyişmədi, meydan sahibləri yenə təzyiqi davam etdirdi ki, bu da sonda onlara növbəti penalti qazandırdı. Daha doğrusu, mübahisəli və “Marsel”in baş məşqçisi Roberto De Zerbini dəliyə döndərən penalti (top Vinisiusa qarşı “sürüşmə” fəndi işlədən Medinanın əlinə dəydi – red.):

“Biabırçı penaltidi. Penalti yox idi. Bizim xeyrimizə də verilsəydi, belə deyərdim. Məncə, bu, heç bir halda penalti deyil. Heç bir gizli motivim yoxdu, mübahisələrə meydan açmaq istəmirəm. Sadəcə, deyirəm ki, penalti yox idi. Və nöqtə”.


“Yuventus”la “Borussiya”nın qarşılaşması fantastik alındı. Bu oyun hələ uzun müddət xatırlanacaq. İş ondadı ki, ilk yarı stadiona toplaşan 40 mindən artıq azarkeşə heç bir müsbət emosiya bəxş etmədi. Bütün maraqlı hadisələr 2-ci hissədə baş verdi. Əvvəlcə Adeyemi fərqləndi, ona Kənan Yıldız cavab verdi, ardından qol müəllifləri komanda yoldaşlarına assistentlik etdi. 67-ci dəqiqədə artıq tabloda 2:2 hesabı “yanırdı”. Kouto 74-cü dəqiqədə dortmundluların 3-cü qolunu vurdu, Bensebaini 86-cı dəqiqədə hesabı qonaqların xeyrinə 4:2 etdi. Bu yükün altından çıxmağa güc lazım idi. Və illərin təcrübəsi “Yuventus” həmin gücü özündə tapdı. Turinlilər bütün komanda ilə irəli atıldı, hesabı bərabərləşdirmək üçün fədakarlıq etdi. Belədə məğlubiyyətdən qurtulmaq mümkün oldu. 4-cü uzatma dəqiqəsində fərqi azaldan Vlahoviç az sonra Kellinin fərqlənməsinə də şərait yaratdı. Əsl futbol tamaşası! Ədalət naminə deyək ki, komandalardan heç biri məğlubiyyətə layiq deyildi, yəni 4:4 oyunun axarına uyğun olan hesabdı.
Azərbaycanlı azarkeşlərin “Atletik” – “Arsenal” oyununa xüsusi maraq göstərməsinin səbəbi var. Axı “Qarabağ” 3-cü turda, yəni oktyabrın 22-də Bilbao klubunun qonağı olacaq. Digər tərəfdən, oyunun afişası da cəlbedici idi: Çempionlar Liqasının son mövsümünün yarımfinalçısı Avropa Liqasının yarımfinalçısına qarşı! Amma oyunun böyük bölümü sönük keçdi. Gözlənildiyi kimi, Mikel Artetanın komandası dərhal ərazi üstünlüyünü ələ keçirdi, ancaq qonaqların mövqe hücumları akademik xarakterli idi, Simonun qapısı önündə təhlükəli vəziyyətlər yaranmırdı. Basklar da öz növbəsində xoşbəxtliyi əks-hücumlarda axtarırdılar, ancaq irəlidə oyunları alınmırdı. Oyunun belə axarı fonunda qolsuz heç-heçə qanunauyğun nəticə olardı. Ancaq heyətlə bağlı ciddi itkilərə baxmayaraq, “Arsenal” ehtiyat oyunçular baxımından yenə də güclüdü. “Topçular” məhz bunun hesabına çətin səfər oyununda qələbəyə nail oldu.
Arteta 2-ci hissənin gedişində iki effektli dəyişiklik etdi: Trossarla Martinellini meydana buraxdı. Məhz onlar londonluların qollarını təşkil etdi. Trossardan ötürmə alan Martinelli meydana çıxandan cəmi 36 saniyə sonra hesabı acdı. Sona yaxın isə braziliyalı ötürmə verdi, belçikalı fərqləndi. Bununla da oyunun taleyinə aydınlıq gəldi. Yeri gəlmişkən, “Atletik” bu oyunda əsas ulduzlarından Niko Uilyamsın xidmətindən məhrum idi. “Arsenal” parlaq oyun göstərməsə də, lazımi nəticəyə nail oldu. “Topçular” “Mançester Siti” ilə çempionat oyununa yaxşı əhval-ruhiyyə ilə hazırlaşacaq.
“Tottenhem”lə “Vilyarreal”ın duelini baxımlı oyunlar sırasına aid etmək çətindi. Bu oyunun taleyini qonaqların qapıçısının səbəb olduğu kuryoz avtoqol həll etdi. Belə ki, 4-cü dəqiqədə Berqvallın adi bir cinah ötürməsinin qarşısını almaq istəyən Luis Junior fatiki topu öz qapısına atdı. Braziliyalı qapıçı “İmişli” ilə oyunda eyni “qəhrəmanlığı” göstərən Mehdi Cənnətovu xatırlatdı. Junior bu hərəkətlə ÇL tarixinə düşdü – indiyə qədər qapıçıların belə erkən avtoqolu olmamışdı. Qalan dəqiqələrdə komandalar, sadəcə, nəsə etməyə çalışırdı. Sarr Junioru bir daha yoxladı, qonaqlardan Pepe ilə Byukenenin fərqlənmək imkanı oldu. Ümumiyyətlə, Pepe “sarılar”ın heyətində ən fəal futbolçu idi. Ancaq onun zərbələrindən sonra gah top dirəyə tuş gəldi, gah qapıdan azca aralı keçdi. “Tottenhem” topa nəzarət baxımından qonaqları üstələsə də, bu, sadəcə, nəzarət xatirinə nəzarət və “vaxt öldürmək” idi. Hər halda, “mahmızlar” ənənəsinə sadiqdi: onlar ÇL-də fasiləyə öndə yollandıqları son 13 oyunun 10-da qələbə qazanıb, 2-də heç-heçə edib, yalnız 1-də uduzub.
Çərşənbə axşamının ilk oyunu “Yunion”un tarixinə düşdü. Belçika “Yunion”u ÇL macərasına qələbə ilə başladı. Baxmayaraq ki, bu komandanın futbolçularından yalnız qapıçı Sxerpenin qitənin ən nüfuzlu klub turnirində iştirak təcrübəsi var idi. O, ötən mövsüm “Şturm”un heyətində 6 oyuna çıxmışdı. Hədsiz həvəsi PSV-nin və konkret Pepinin axırına çıxdı. Müdafiəçi yoldaşlarının köməyinə gələn amerikalı forvard cərimə meydançasında qaydanı pozduğuna görə penaltiyə səbəbkar oldu. “Yunion”un yeni səviyyədəki ilk qolunu kanadalı Promes Devid vurdu. Davamı da bəd gəldi: 39-cu dəqiqədə niderlandlılar ikinci qolu buraxdı. Belçika klubunun 2000-ci ildən bəri (o vaxt “Anderlext” sevinmişdi) Niderlandda ilk qələbəsinin qaçılmaz olduğu isə Kevin Makallister (“Liverpul”un və Argentina yığmasının yarımmüdafiəçisinin qardaşı – red.) 81-ci dəqiqədə 3-cü qolu vuranda bilindi. PSV yalnız sonuncu dəqiqədə hesab arasındakı fərqi azalda bildi. Və bu qolun da xüsusi özəlliyi var. İş ondadı ki, yayda “Alkmaar”dan PSV-yə keçən Ruben van Bommel məşhur atası Mark van Bommeldən 25 il sonra qitənin əsas klub turnirində ilk qolunu vurdu.
Real – Marsel 2:1 (1:1)
Real (Madrid, İspaniya): Kurtua, Karreras, Höysen, Militao, Aleksander-Arnold (Karvaxal, 5), Gülər (Asensio, 74), Çuameni, Valverde, Rodriqo (Dias, 63), Mbappe, Mastantuono (Vinisius, 63).
Marsel (Fransa): Rulyi, Emerson (Murilyo, 78), Balerdi, Medina, Pavar (İqan-Rayli, 87), Höybyerq, Kondoqbia (Vermeren, 66), Vea (Quiri, 78), O’Rayli (Payşao, 66), Qrinvud, Obameyanq.
Qollar: Vea, 22 (0:1). Mbappe, 29-p. (1:1). Mbappe, 81-p. (2:1)
Vərəqələr: Çuameni, 35. Pavar, 46. Militao, 54. Medina, 75. Karreras, 90+7 – sarı. Karvaxal, 72 – qırmızı.
Hakim: İrfan Pelto (Bosniya və Hersoqovina).
16 sentyabr. Madrid. 74610 tamaşaçı.
Yuventus – Borussiya 4:4 (0:0)
Yuventus (Turin, İtaliya): Di Qreqorio, Kelli, Bremer, Kalyulu, Kambyaso, Türam, Kopmeyners (Lokatelli, 69), Makkenni (Mario, 59), Yıldız (Jeqrova, 87), David (Vlahoviç, 58), Openda (Aciç, 69).
Borussiya (Dortmund, Almaniya): Kobel, Bensebaini, Anton, Ryuerson, Svensson, Nmeça (Cob Bellingem, 71), Zabitser, Kouto, Bayer (Brandt, 71), Adeyemi, Girassi (Qros, 90).
Qollar: Adeyemi, 52 (0:1). Yıldız, 63 (1:1). Nmeça, 65 (1:2). Vlahoviç, 67 (2:2). Kouto, 74 (2:3). Bensabini, 86-p. (2:4). Vlahoviç, 90+4 (3:4). Kelli, 90+6 (4:4).
Vərəqə: Anton, 43 – sarı.
Hakim: Fransua Letesye (Fransa).
16 sentyabr. Turin. 41497 tamaşaçı.
Atletik – Arsenal 0:2 (0:0)
Atletik (Bilbao, İspaniya): Simon, Boyro (Berçiçe, 68), Paredes, Vivian, Qorosabel, Vesqa (Reqo, 81), Xauregisar, Navarro (Qomes, 61/Serrano, 81), Sanset (Quruseta, 68), Berenger, İ.Uilyams.
Arsenal (London, İngiltərə): Rayya, Kalafyori (İnkapye, 90+1), Qabriel, Moskera, Timber, Merino, Subimendi, Rays, Eze (Martinelli, 71), Dyökereş (Trossar, 65), Madueke (Nerqor, 90+1).
Qollar: Martinelli, 72 (0:1). Trossar, 87 (0:2).
Vərəqələr: Rays, 7. Madueke, 85. Xauregisar, 85. Subimendi, 90+1 – sarı.
Hakim: Donatas Rumşas (Litva).
16 sentyabr. Bilbao. 51059 tamaşaçı.
Tottenhem – Vilyarreal 1:0 (1:0)
Tottenhem (London, İngiltərə): Vikario, Spens (Udoci, 69), Van de Ven, Porro, Berqvall (Danso, 90+2), Bentankur, Sarr (Palyinya, 69), Simons (Conson, 77), Rişarlison (Kolo Muani, 77), Kudus.
Vilyarreal (İspaniya): Junior, Kardona (Pedrasa, 75), Veyqa, Foyt, Mourinyo, Byukenen (Moleyro, 82), Gey (Partey, 78), Komesanya (Parexo, 78), Pepe, Mikautadze, Peres (Ahomaş, 75).
Qol: Junior, 4-öz qapısına.
Vərəqələr: Simons, 30. Rişarlison, 33. Komesanya, 35. Mourinyo, 36. Veyqa, 53. Kolo Muani, 79. Van de Ven, 84 – sarı.
Hakim: Rade Obrenoviç (Sloveniya).
16 sentyabr. London. 54755 tamaşaçı.
PSV – Yunion 1:3 (0:2)
PSV (Eyndhoven, Niderland): Kovarj, Qaserovski, Obispo (Salah-Eddin, 46), Flaminqo, Dest, Verman, Sxauten (Til, 46), Saybari (Vanner, 74), Van Bommel, Pepi (Boadu, 74/Man, 80), Perişiç.
Yunion (Brüssel, Belçika): Sxerpen, Leysen, Bercess, K.Makallister, Halaili, Rasmussen, Zorqan, Ait-əl-Hac (Van de Perre, 75), Nyanq, Devid (Jiger, 67), Rodriges (Sxofs, 88).
Qollar: Devid, 9 (0:1). Ait-əl-Hac, 39 (0:2). K.Makallister, 81 (0:3). Van Bommel, 90 (1:3).
Hakim: Entoni Teylor (İngiltərə).
16 sentyabr. Eyndhoven. 35000 tamaşaçı.
Faktlar
* “Yuventus” – “Borussiya” oyununda (4:4) bütün qollar 2-ci hissədə vuruldu. Əvvəllər yalnız bir dəfə ÇL oyununun 2-ci hissəsində bu qədər qol vurulmuşdu. Söhbət ötən il sentyabrın 17-də keçirilən “Bavariya” – “Dinamo” (Zaqreb) oyununda keçirilir. Onda ilk yarı 3:0 bitmiş, sonda münhenlilər 9:2 hesablı qələbə qazanmışdı.
* “Arsenal” ÇL-in taruxinə bu turnirdə İspaniya təmsilçilərini ardıcıl 6 oyunda məğlub edən ilk komanda kimi düşdü. “Topçular” bu seriyanın gedişində iki dəfə “Sevilya” ilə “Real”a, həmçinin “Jirona” və “Atletik”ə qalib gəlib.
* Aleksander-Arnold cəmi 5 dəqiqə meydanda oldu. İndiyə qədər heç vaxt “Real” ÇL-də oyunçusunu belə erkən əvəzləməmişdi.
* Mastantuono da bir başqa göstəricidə “Real”ın tarixinə düşdü. Meydana 18 yaş 33 günlüyündə çıxan argentinalı yarımmüdafiəçi ÇL-də “Real”ın start heyətinə düşən ən gənc oyunçudu. O, Endrikə məxsus klub rekordunu yeniləsə də, Messinin müəyyənləşdirdiyi Argentina rekordundan (17 yaş 166 gün) geri qaldı.
* “Marsel”lə oyunda dubl edən Mbappe “Real”ın heyətində bütün turnirlərdə keçirdiyi 64-cü oyunda qol sayını 50-yə çatdırdı. Bu isə Kriştiano Ronaldodan sonra ən yaxşı göstəricidi. Portuqaliyalı ulduz 54 oyunda 51 qol vurmuşdu. ÇL-də qol sayını 57-yə çatdıran Mbappe bu turnirin bombardirləri sırasında Ruud van Nistelroyu (56) arxada qoydu və Tomas Müllerlə bərabərləşdi. Fransalı ulduz hazırda ÇL-in bombardirləri siyahısında 7-ci yerdədi. 6-cı yerdə qərarlaşan Raul 142 oyunda 71 qol vurub. ÇL tarixinin bombardiri isə Kriştiano Ronaldodu. “Mançester Yunayted”, “Real” və “Yuventus”un sabiq hücumçusu bu turnirdə keçirdiyi 183 oyunda 140 dəfə fərqlənib.
* “Real” bu komandanın xeyrinə verilən penalti sayı baxımından ÇL-in yeni rekordunu müəyyənləşdirdi. Madridlilər “Marsel”lə oyunda hər iki qolu “nöqtə”dən vurdu. Ümumiyyətlə, ÇL tarixində “Real”ın xeyrinə 63 penalti təyin olunub. Heç bir başqa komanda bundan üstün göstərici ilə öyünə bilməz. “Real” penalti sayında “Bavariya”nı (62) arxada qoydu. ÇL-də penalti sayına görə 3-cü pillədə “Barselona” (56), sonrakı yerlərdə “Mançester Siti” (37) və “Arsenal” (36) qərarlaşıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 Sentyabr 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see373

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see271

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see262

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see241

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see230

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see229

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see227

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see216

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see212

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see210

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see208

Antibiotiklərin özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər PULMONOLOQ

18 Sentyabr 2026 12:46see207

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL ın təyyarələrində səsləndiriləcək

18 Sentyabr 2026 17:49see207

Qıdıqlama hansı hallarda təhlükəlidir? Həkim AÇIQLADI

18 Sentyabr 2026 08:42see206

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see201

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see199

Payızda dəriyə qulluq necə edilməlidir?

18 Sentyabr 2026 11:25see196

Türk dövlətləri ailəsi dünyada yeni güc mərkəzidir

18 Sentyabr 2026 17:19see174

Əməkdar artist Sevda Məmmədzadə vəfat edib

18 Sentyabr 2026 21:00see173

Paşinyan Almaniyaya biznes jetlə uçdu Təyyarə hakimiyyətə yaxın iş adamına bağlıdır

18 Sentyabr 2026 23:14see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri