Yuventus Lokatelli ilə müqaviləni uzatmağı planlaşdırır
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
"Yuventus" yarımmüdafiəçisi Manuel Lokatellini komandada saxlamaq niyyətindədir.
"Ölkə.az" xəbər verir ki, Turin klubu futbolçu ilə müqavilənin müddətini uzadacaq.
Tərəflər arasında imzalanacaq yeni sözləşmə 2030-cu il iyunun 30-na qədər qüvvədə olacaq.
Yeni müqaviləyə əsasən, oyunçunun illik məvacibi 4 milyon avroya qədər artırılacaq. "Yuventus" bu addımla yarımmüdafiəçiyə cari mövsümdəki çıxışına görə minnətdarlığını ifadə etmək istəyir.
Qeyd edək ki, Manuel Lokatelli 2023-cü ildə "Sassuolo"dan 36 milyon avro qarşılığında Turin təmsilçisinə keçib. Onun hazırkı müqaviləsinin müddəti 2028-ci il iyunun 30-dək nəzərdə tutulub. Yarımmüdafiəçi cari mövsümdə "Yuventus"un forması ilə çıxdığı 36 matçda 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 01 Mart 2026 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















