Yuventus Qalatasaray da oynayan forvard üçün bu futbolçusunu təklif etdi
Sportal.az saytına istinadən Icma.az xəbər verir.
"Yuventus" "Napoli"nin hücumçusu, hazırda icarə əsasında "Qalatasaray"da oynayan Viktor Osimhenin transferi üçün danışıqları davam etdirir.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, "qoca sinyora" nigeriyalı üçün Federiko Qattini Neapol təmsilçisinə təklif edib.
Turin klubu "Napoli"nin baş məşqçisi Antonio Kontenin Qattinin oyununun böyük pərəstişkarı olduğunu və Alessandro Bongiorno ilə müdafiədə tandem formalaşdırmaq istədiyini bilir.
"Yuventus" 26 yaşlı forvardın transferi üçün qarşı tərəfə lazım olan təzminatı ödəyib, Qattini keçidini də təklif edib.
Osimhenin "Qalatasaray"la icarə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
O, 2026-cı il iyunun 30-na qədər isə “Napoli”yə məxsusdur.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:“Real” futbolçusunu “Yuventus”a təklif edib
19 Sentyabr 2025 14:41
Braziliyalı forvard “Yuventus” yolunda
31 May 2025 21:20
Qalatasaray Osimhen üçün sərvət təklif etdi
30 Yanvar 2025 10:50
“Qalatasaray” Donnarumma üçün təklif göndərdi
28 İyul 2025 12:24
“Qalatasaray” Ederson üçün təklif göndərdi
16 Avqust 2025 15:32
Baxış sayı:137
Bu xəbər 23 Mart 2025 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















