Yuventus serb hücumçuya son təklifini irəli sürüb
sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Yuventus" Dusan Vlahoviçə son müqavilə təklifini təqdim edib. Sözləşmə bir mövsüm üçün qüvvədədir və bonuslar da daxil olmaqla 8 milyon avro maaş nəzərdə tutulub. Sport24.az xəbər verir ki, bu barədə "Gazzetta dello Sport" məlumat yayıb.
Ötən mövsüm 26 yaşlı hücumçu Turin komandasının heyətində bütün turnirlərdə 23 oyun keçirib, 10 qol vurub və 2 məhsuldar ötürmə edib. "Yuventus" oyunçunu saxlamaq istəyir, lakin uzunmüddətli müqavilə riskini götürməyə hazır deyil. Serbiyalı daha çox (10 milyon avro) qazanırdı və təklif olunan bir illik müqaviləyə razılaşmır.
Qeyd edək ki, Vlahoviçin İngiltərədən təklifləri var və "Yuventus" hücumçunu saxlaya bilməsə, klub onu pulsuz itirəcək.
Bu mövzuda digər xəbərlər:Yuventus ingilislərin təklifini rədd etdi
20 Dekabr 2025 12:12
Atletiko hücumçuya görə Yuventus la danışıqlara başlayıb
29 Aprel 2026 10:04
“Yuventus” serb hücumçu ilə vidalaşacaq
20 May 2025 09:40
PSJ Yuventus un təklifini rədd etdi
02 İyul 2026 09:52
Yuventus serb futbolçu ilə bağlı son qərarını verdi
30 İyun 2026 08:41
Baxış sayı:83
Bu xəbər 21 İyun 2026 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















