“Yuventus” son anda məğlubiyyətdən xilas oldu
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
“Yuventus” İtaliya A Seriyasının III turunda “Milan”la heç-heçə edib.
Axar.az xəbər verir ki, Turində keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Hesabı 68-ci dəqiqədə “Milan”ın yarımmüdafiəçisi Alfadjo Sisse açıb. “Yuventus” məğlubiyyətdən ikinci hissəyə əlavə olunmuş ikinci dəqiqədə xilas olub. Turin klubunun müdafiəçisi Federiko Qatti hesabı bərabərləşdirib.
“Milan” artıq yeddi oyundur ki, İtaliya çempionatında “Yuventus”u məğlub edə bilmir. Milan təmsilçisi sonuncu dəfə 2023-cü ilin mayında rəqibinə 1:0 hesabı ilə qalib gəlib. Bundan sonra “Yuventus” iki qələbə qazanıb, beş qarşılaşma isə heç-heçə ilə yekunlaşıb.
Üç turdan sonra hər iki komandanın aktivində 7 xal var. Növbəti turda “Milan” sentyabrın 12-də səfərdə “Latsio” ilə, “Yuventus” isə bir gün sonra “Sassuolo” ilə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 07 Sentyabr 2026 01:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















