“Yuventus” Spaletti ilə müqavilə detallarını müzakirə edir insayder
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Yuventus” və məşqçi Luçano Spalletti arasında danışıqlar tam sürətlə davam edir. Tərəflər artıq müqavilə detallarını müzakirə edirlər.
İdman.Biz bildirir ki, bu barədə jurnalist və insayder Canluka Di Marzio rəsmi səhifəsində yazır.
“Yuventus” menecerə 2026-cı ilin iyun ayına qədər müqavilə təklif edib. Müqavilə klub Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə avtomatik olaraq uzadıla bilər. Spalletti bu təklifi qəbul edib. O, İtaliya millisində uğursuz işindən sonra özünü doğrultmaq üçün təklifi qəbul etməyə hazırdır.
Spalletti əvvəllər “Roma”, “İnter”, “Napoli” və İtaliya milli komandasında çalışıb.
Baxış sayı:153
Bu xəbər 28 Oktyabr 2025 01:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















