“Yuventus” türk futbolçuya yeni müqavilə təklif edib
Icma.az, sport24.az portalına istinadən məlumat verir.
"Yuventus" yarımmüdafiəçi Kənan Yıldızla müqavilənin müddətini uzatmaq istəyir. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Yuventus" 20 yaşlı türkü 2030-cu ilin yayına qədər komandada saxlamaq niyyətindədir. Futbolçunun mövcud müqaviləsi isə 2029-cu ilin yayında başa çatır.
Bir müddət əvvəl "Yuventus" türk futbolçuya görə "Çelsi"nin təklifini rədd etmişdi.
Qeyd edək ki, yarımmüdafiəçi 2024/25 mövsümündə 52 matçda 12 qol vurub və 9 məhsuldar ötürmə edib. "Transfermarkt" portal Yıldızın transfer dəyərini 50 milyon avro qiymətləndirir.

“Yuventus” Ukraynalı futbolçuya təklif göndərdi
24 Aprel 2025 15:55
Yuventus da yeni müqavilə
14 Aprel 2025 23:33
Yuventus onunla yeni müqavilə imzaladı
05 İyun 2025 16:29
“Yuventus”da yeni müqavilə RƏSMİ
24 İyul 2025 15:09
“Yuventus” fransalı futbolçuya göz qoydu
24 Dekabr 2024 18:48

