“Yuventus”un hücumçusu Kolo Muani əməliyyat olunub
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Yuventus”un hücumçusu Randal Kolo-Muani sağ əlindən aldığı zədə səbəbindən əməliyyat olunub.
İdman.Biz xəbər verir ki, fransalı futbolçu sentyabrın 20-də A Seriyasının beşinci turunda “Atalanta” ilə keçirilən matçda (2:0) zədələnib.
Kolo-Muani qarşılaşmanın ilk hissəsində sağ əlinin beşinci barmağından xəsarət alıb. Oyundan sonra aparılan müayinə zamanı proksimal falanqanın sınığı aşkarlanıb. Bu səbəbdən futbolçuya osteosintez əməliyyatı keçirilib.
Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, əməliyyat bu gün günorta saatlarında “Yuventus”un tibb məntəqəsində həkim Loris Pegoli tərəfindən həyata keçirilib və uğurla başa çatıb.
Klubdan bildirilib ki, futbolçu heyətə cəlb olunmaq üçün əlçatan olaraq qalacaq.
Baxış sayı:151
Bu xəbər 22 Sentyabr 2026 00:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















