Icma.az
close
up
RU
Yuxarı siniflərdə niyə dərs keçirilmir?

Yuxarı siniflərdə niyə dərs keçirilmir?

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

Bir çox məktəbdə müşahidə olunur ki, müəllimlər 9-cu sinif şagirdlərinə dərsləri səthi və ya davamsız şəkildə keçirlər. Bunun əsas səbəbi kimi həmin şagirdlərin əksəriyyətinin repetitor yanına getməsi göstərilir.

Təhsil eksperti Elçin Murad Metbuat.az-a açıqlamasında bildirib ki, bu məsələ, əslində, doqquzuncu sinifdən yuxarı, yəni 9-11-ci siniflərin hamısında eyni problem olaraq qalır. Lakin məsələyə birtərəfli yanaşmaq düzgün olmaz:

“Repetitor fəaliyyəti, əslində, bu ölkədə olmasa, uşaqların təhsil sistemi demək olar ki, çox zəif olar. Mən bunu bir valideyn kimi deyirəm. Repetitorluq təhsil sistemində vacib faktorlardan biridir. Çünki məktəb proqramı ilə Dövlət İmtahan Mərkəzinin imtahan proqramı arasında uyğunluq yoxdur, yəni dərsliklərdəki mövzularla imtahan sualları arasında uyğunluq çox azdır. Dərslərdə mövzulardan sadəcə səthi şəkildə bəhs olunur. Məsələn, ismin tərifi və sualları verilir, amma ismin mahiyyəti barədə geniş izah verilmir. Belə olan halda ikinci pillə yaranır. Yəni orta məktəbdə hər hansı bir fənni tədris edən müəllim mövzunu şagirdə mənimsətməlidir. Sadəcə tərif verməklə yox, müxtəlif test sualları, izahlar və nümunələrlə həmin mövzunu daha geniş şəkildə şagirdə çatdırmalıdır. Müəllim öz öhdəliyini yerinə yetirməyəndə isə valideyn üçüncü pilləyə müraciət etməli olur - uşağı repetitor yanına göndərir ki, sabah universitetə qəbul olunsun, diplom alsın və gələcəyini qursun. Belə olan halda valideynə ikinci dəfə yük düşür”.

E.Muradın fikrincə, hazırkı təhsil sistemində repetitorluq fəaliyyəti olmasa, universitetlərə yüksək balla qəbul olan şagirdlərin sayı kəskin şəkildə azalacaq:

“Düzdür, bəzi şagirdlər var ki, repetitor yanına getmədən özləri oxuyub uğur qazanırlar. Amma bu, hər on şagirddən birinə, ya da ikisinə aiddir. Hər bir şagirdin müəyyən mərhələdə müəllim dəstəyinə ehtiyacı var. Əgər bu ehtiyac ödənilmirsə, şagird ən asan yolu – oxumamağı seçir. Təbii ki, o, böyük insanlar kimi düşünmür ki, oxumasa gələcəkdə problemlərlə üzləşəcək. Onun üçün anı yaşamaq daha önəmlidir. Amma universitet imtahanına çatanda, suallar qarşısında qaldıqda hər şeyi dərk edir, lakin onda artıq gec olur. Ona görə də repetitorluq indiki məqamda zərurətdir. Repetitorluğa qarşı çıxmaq, müəyyən mənada təhsili baltalamaq olar”.

Ekspert müəllim məsələsinə də birtərəfli yanaşmayıb:

“Orta məktəblərdə müəllimlər çoxlu əlavə yüklərlə yükləniblər: jurnal yazmaq, davamiyyət götürmək, digər kağız işləri və s. Bütün bunlar 45 dəqiqəlik dərs müddətinə sığmalıdır. Müəllim həmin müddətdə yeni dərsi izah etməli, köhnə mövzunu soruşmalı, davamiyyəti yoxlamalı, jurnalı doldurmalı və digər sənədləri hazırlamalıdır ki, rəhbərlik tərəfindən töhmət almasın. Məktəblərdə vəziyyət bundan ibarətdir. Bəzi hallarda müəllimi qınamaq olar, amma bu məsələdə 20-30 faiz müəllimin, 60-70 faiz isə ümumi sistemin günahıdır. Elm və Təhsil Nazirliyi dərs sistemi ilə bağlı vahid bir layihə ortaya qoya bilmir. Sadəcə məsuliyyəti müəllimin üzərinə yükləyib, özü kənarda dayanır. Belə olan halda da müəllimin marağı azalır. O, yalnız ona tapşırılan işləri yerinə yetirməyə çalışır ki, digər məsul şəxs mənə bu barədə nəsə söz deməsin”.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 12 May 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri