Icma.az
close
up
RU
Yuxuda sərçə görmək, sərçə sığallamaq, sərçə bəsləmək, budaqdan uçan sərçə görmək... Yuxuyozma

Yuxuda sərçə görmək, sərçə sığallamaq, sərçə bəsləmək, budaqdan uçan sərçə görmək... Yuxuyozma

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Bəzən heç düşünmədiyimiz canlılar, əşyalar yuxumuza girir. Başa düşürük ki, gördüyümüz yuxular şüuraltının meyvəsidir. Bəs hansısa əlaqəsi olmayan bir canlını, əşyanı, insanı niyə yuxuda görürük? Yuxuda sərçə görməyin təfsiri yəqin ki, sizin üçün də maraqlı olar.Yuxuda sərçə görmək nə deməkdir?

Yuxuda sərçə görmək, ümumiyyətlə, bəxtə işarə edir.

Yuxuda sərçə görmək

Yuxuda sərçə görmək yetkin, tərbiyəli, əxlaqlı, alicənab, rahat və xoş bir insana yozulur.

Yuxuda sərçə görən şəxs subay qadındırsa, bir kişi ilə yollarının kəsişəcəyinə və açıq fikirli olması lazım olduğuna, bu kişi ilə yaxşı münasibət quracağına, hətta evlənə biləcəyinə və xoşbəxt olacağına işarə edir.

Evli qadın yuxuda sərçə görsə, ərinin ona münasibətindən razı olmadığına, ona və pis vərdişlərinə daha dözmək istəmədiyinə, hətta boşanma kimi bir qərar veribsə, bu qərarın məntiqə uyğun olduğuna yozulur.

Əgər subay kişi yuxusunda sərçə görsə, bu adamın yetkinləşməsi lazımdır. Demək olar ki, bu şəxsin könül məsələləri yaxşı getmir. Qadınlara qarşı daha hörmətli, daha əxlaqlı və daha dözümlü davranmalı olduğuna işarədir. Yuxuda sərçə görən kişi, münasibətlərində qarşı tərəfə qarşı haqsızlıq etməyi dayandırmalı və sevdiyi insanı qorumalıdır.

Evli kişi yuxuda sərçə görsə, bilməlidir ki, həyat yoldaşına qarşı daha hörmətli dacvranmalı, onu sevməli və ona dəyər verməlidir.

Yuxuda görülən sərçə, qanadlı heyvandır və partnyorunun yuvanı tərk etməsi ehtimalına işarədir. Evli kişi bu vəziyyətə reaksiya vermək və daha çox günah işlətməkdənsə, həyat yoldaşı ilə daha uyğun davranmalıdır.

Yuxuda budağa qonan sərçə görmək

Yuxuda budağa qonan sərçə görmək; bəxt deməkdir. Bu bəxt evlilik, iş və ya miras ola bilər. Əgər sərçənin budağa endiyini görsəniz, bu yuxu bəxtinizin ayağınıza gəldiyinə işarədir.

Yuxuda budaqdan uçan sərçə görmək

Yuxuda qonduğu budaqdan uçan sərçə görmək, yuxu görən şəxsin önünə gələn bəxtini qəsdən rədd etməsinə yozulur.

Yuxuda sərçə öldürmək

Yuxuda sərçə öldürmək, yuxu görən şəxsin yaxın çevrəsindən kimisə incitməsi deməkdir. Yuxu görən şəxsin səhv etdiyi və incitdiyi insandan üzr istəməsi və bağışlanması lazım olduğuna yozulur.

Bəzi alimlərə görə yuxuda sərçə öldürən şəxs kiməsə böyük zülm etmiş olacaq. Alimlərin fikrincə, sərçə çox gözəl və zərif bir heyvandır və Allahın yaratdığı bu məxluqu yuxuda öldürmək, yuxu görənin Allah tərəfindən sevilən bir bəndəsinə zərər vurması nəticəsində real həyatda çox əziyyət çəkəcəyinə yozulur.

Yuxuda sərçəni sığallamaq

Yuxuda sərçəni sığallamaq; yuxu görən şəxsin ürəyini rahatladar. Bir problemi varsa, öhdəsindən gələcək. Arzusu varsa, qısa müddətdə bu arzu yerinə yetiriləcək.

Yuxuda sərçənin başını sığallamaq bir işdə təsəlli tapmağa və içinizdəki o dərin ağrıdan qurtulmağa yozulur.

Yuxuda sərçə bəsləmək

Yuxuda sərçə bəsləmək, sizə sadiq birindən kömək alacağınıza və ya keçmişdə etdiyiniz bir yaxşılığın mükafatını tezliklə görəcəyinizə yozulur. Həm də zəhmət çəkdiyiniz əməyin qarşılığını alacağınıza, özünüz üçün etdiyiniz duaların qəbul olunacağına, üzünüzün sevgi ilə gülümsəyəcəyinə, qəlbinizin qırıldığı halda düzələcəyinə, sevdiyiniz insandan ayrılsanız belə barışacağınıza və darıxdığınız birinin gələcəyinə işarədir.

Yuxuda çoxlu sərçə görmək

Yuxuda çoxlu sərçə görmək, yuxu görən şəxsin ailəsi və yaxınları ilə şən günlər keçirəcəyinə işarə etdiyi deyilir.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 Mart 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri