Icma.az
close
up
RU
Yuxunuz pozulub? Səbəb sizin mobil telefonunuz ola bilər

Yuxunuz pozulub? Səbəb sizin mobil telefonunuz ola bilər

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Alimlər dəqiq müəyyən edib ki, mobil telefonlar radiotezlik enerjisi adlanan (RT) aşağı səviyyəli elektromaqnit şüalanma generasiya edir.

Saglamolun.az xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb.

Hələlik elmi dairələrdə bunun sağlamlıq üçün təhlükəli olduğu barədə vahid fikir olmasa da, milyonlarla insan daima yanımızda olan, gecələr başımızdan bir neçə sm aralıda yüklənməyə qoyduğumuz mobil telefondan mümkün risklərdən narahatdır.

Çoxları düşünür ki, şüalanma onlara gecələr yaxşı yatmağa mane olur. Belələri üçün İsrailin yuxular texnologiyaları üzrə ixtisaslaşan Elvy.ai startapı Elvy Night Charger telefon üçün naqilsiz yükləmə qurğusu işləyib hazırlayıb və bu qurğu elektromaqnit şüalanmanın 95 faizini bloklayır. Bu zaman telefonun bütün funksiyaları işlək olur.

"216 milyon amerikalı hər gecə mobil telefonlarını əlçatan yerlərdə yüklənməyə qoyaraq yatır. Bu, pis yuxunun əsas səbəblərindən biridir", - bunu Elvy.ai -ın baş direktoru və həmtəsisiçisi Oded Broşi "NoCamels" nəşrinə müsahibəsində deyib.

Onun komandası şüaların insana çatmamasına imkan verən yükləmə qurğusu işləyib hazırlayıb, bu zaman telefonu əhatə dairəsi saxlanılır və rabitəyə zərər vurmur.

Bəziləri iddia edir ki, telefonlar təhlükəlidir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Beynəlxalq xərçəngi öyrənən agentlik (IARC) 2011-ci ildən radiotezlikli elektromaqnit sahəsini "insan üçün mümkün kanserogen amillər" kimi təsnif edir (mobil telefonlardan istifadə ilə bağlı olan baş beynin bədxassəli şişi olan qliomanın riskini artıran 2B) qrupu).

Digərləri iddia edir ki, telefonlar təhlükə törətmir: FDA (ABŞ qida məhsulları və dərman preparatlarının keyfiyyətinə nəzarət Agentliyi) rəhbərliyinin 2020-ci il tarixli Rəhbəredici vəsaitində deyilir: "Elmi məlumatlar mobil telefondan istifadə zamanı radiotezlik enerjisinin təsirinin sağlamlıqla bağlı hər hansı problemləri əlaqələndirmir".

Təşkilatlardan heç biri Elvy.ai komandasını narahat edən yuxu pozuntusu problemləri ilə məşğul olmur.

Startap mütəxəssisləri iddia edir ki, mobil telefonlar üçün get-gedə populyarlaşan naqilsiz yükləmə qurğuları elektrik naqilli standart yükləmə qurğularından 4 dəfə çox elektromaqnit şüalanma verir.

"Alfa-tezlik dalğaları biz yatmağa hazırlaşarkən meydana çıxan beyin dalğalarıdır, - Broşi deyir. - Elektromaqnit şüalanma isə yuxu tsikləri zamanı meydana çıxan alfa-dalğalara mane olur". Onun sözlərinə görə, nəticədə yuxu çətinləşir və   səhərlər biz özümüzü yorğun hiss edirik.

Davranış analitikası üzrə mütəxəssis, startapın həmtəsisçisi Or Xarel deyir ki, onların qoruyucu ekranının yuxunun keyfiyyətinə təsirini obyektiv olaraq ölçmək üçün hələlik kliniki sınaqlar keçirməyib.

Lakin bunu sınayan könüllülərin rəyləri müsbətdir: "Onlar daha yaxşı yatır və həmişə də məndən soruşurlar ki, bizim yüklənmə qurğumuzu özlərində saxlaya bilərlərmi".

Elvy.ai deyir ki, onların ixtirası ilə yeddi investor maraqlanıb və bu yaxınlarda Arieli Capital və The Bridhe Healing center-nin rəhbərliyi altında investisiyalarla maliyyələşmə raundunu bitirib.

Yüklənmə qurğusu gələn aydan satışa buraxılacaq, gözlənilən qiyməti 60 dollardır.

Broşinin sözlərinə görə, bu, iri brendin yüklənmə qurğusundan çox deyil, ona görə də "hətta onun yuxu üçün faydasına əmin olmasanız belə, heç nə itirməyəcəksiniz", - o, belə deyib./modern.az

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 01:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see318

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see280

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see252

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see201

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see185

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see175

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see162

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see141

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see131

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see130

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Neymar və het trik

04 Dekabr 2025 09:17see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see123

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri