“Yuxusuz halda sükan arxasına əyləşmək qəza riskini artırır”
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
“Nasaz nəqliyyat vasitəsi ilə yola çıxmaq, yorğun və yuxusuz halda sükan arxasına əyləşmək qəza riskini ciddi şəkildə artırır”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) həftəsonu səfərə çıxan sürücülərə müraciətində deyilir.
Bildirilibki, həftəsonları respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artması təhlükəsizlik məsələlərini daha da aktuallaşdırır: “Nəzarət-profilaktik tədbirlər gücləndirilsə də, bəzi sürücülərin tələskənliyi və diqqətsizliyi məhz bu günlərdə yol qəzalarının baş verməsinə səbəb olur.
Həftəsonu istirahətinin təhlükəsiz keçməsi hər bir sürücünün yolda nümayiş etdirdiyi məsuliyyətli davranışdan asılıdır. Səfərə çıxmağı planlaşdıran sürücülərə bir daha xatırladırıq ki, nasaz nəqliyyat vasitəsi ilə yola çıxmaq, yorğun və yuxusuz halda sükan arxasına əyləşmək, ara məsafəsini gözləməmək, sürət həddini aşmaq, ötmə və manevr qaydasını pozmaq qəza riskini ciddi şəkildə artırır.
Unutmayaq ki, yolda qaydalara əməl etmək yalnız hüquqi öhdəlik deyil, həm də özümüzü və sevdiklərimizi qorumağın ən sadə və vacib yoludur”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 22 Noyabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















