Yuxusuzluq kökəlmənin gizli səbəbi ola bilər
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiyalı psixoloq Rodion Çepalov bildirib ki, yuxusuzluq çəki artımına təkcə fizioloji deyil, psixoloji baxımdan da birbaşa təsir edir.
Ölkə.az-ın xəbərinə görə, o, “Lenta.ru”ya açıqlamasında qeyd edib ki, insan az yatanda beyin ətraf mühiti daha stresli və təhlükəli qəbul edir, orqanizm isə sürətli enerji toplama rejiminə keçir.
“İnsan 4-5 saat yatır, bütün günü qəhvə ilə ayaqda qalmağa çalışır, axşam isə özünü saxlaya bilməyib şirniyyat və ya yağlı qidalara yönəlir. Bu, iradəsizlik deyil, sinir sisteminin resursları tez bərpa etmək cəhdidir”, – deyə Çepalov bildirib.
Psixoloq bunun bir neçə mexanizmini izah edib. Onun sözlərinə görə, birinci səbəb emosional həddindən artıq yeməkdir. Yuxusuzluq əsəbilik və narahatlığı artırır, yemək isə insan üçün sakitləşdirici vasitəyə çevrilir.
“İkinci səbəb özünüidarənin zəifləməsidir. Yorğun beyin qərarları daha pis verir, buna görə də insan qəlyanaltılardan imtina etməkdə çətinlik çəkir. Üçüncü səbəb isə fiziki aktivliyin azalmasıdır. Pis yuxudan sonra insanlar daha az hərəkət edir və passiv istirahətə üstünlük verirlər”, – deyə o izah edib.
Çepalov vurğulayıb ki, xroniki yuxusuzluq hətta qida qəbuluna münasibəti də dəyişir. Sadə qidalar daha az cəlbedici görünür, beyin isə yüksək kalorili yeməklərə daha çox meyl edir.
Psixoloqun fikrincə, yuxu “itirilmiş vaxt” deyil, sinir sisteminin bərpası üçün əsas ehtiyaclardan biridir. O əlavə edib ki, bəzi hallarda yuxu rejiminin normallaşdırılması sərt pəhrizlərdən daha tez çəki azalmasına kömək edə bilər.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 26 May 2026 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















