Icma.az
close
up
RU
“Yüz faiz əmin olun ki, rəhbərliklə fikirlərimiz üst üstə düşür”

“Yüz faiz əmin olun ki, rəhbərliklə fikirlərimiz üst üstə düşür”

Idmanxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Neftçi” Misli Premyer Liqasının 33-cü turunda öz meydanında “Kəpəz”lə 2:2 hesablı heç-heçə edib.

İdmanxeber.az xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin sualllarını cavablandırıb:

– Futbolçuların fərdi səhvləri yuxu rejiminizi pozmur? Səhhətiniz necədir?

– Çalışırıq ki, sakit olaq. Reallıq odur ki, bizim üçün bu mövsüm qatar artıq gedib. Bilirəm ki, mən danışandan sonra vallar başqa yerə çevrilə bilər, danışıqlarımdan istifadə edə bilərlər. Bu səhvlər mütəmadidir, mövsüm ərzində davam edir. Qollar vura bilmirik. Bunun əziyyətini çəkirik. Birinci hissədə bu qədər dominant oynayan komanda görmüsüz? İlk yarıda 10-15 dəfə rəqibin cərimə meydançasının içində olmuşuq. Mərkəz müdafiəçilərimiz də ora kimi gəlib çıxmışdılar. 15 epizoddan birində rəqib qapıçı reaksiya verib top çıxarmırsa, bu da hücumda olan problemlərin sübutudur. Rəqibin hər hücumu təhlükə ilə bitir. Müdafiədə olan problemi də bilirik. Üç oyunumjz qalıb. Futbolçuları həmin matçlara kökləyəcəyik. Bilmirəm nə deyim. Artıq adımıza layiq bir şey etmirik. Xoş hal odur ki, son iki görüşdə məğlub durumda olarlən hesabı bərabərləşdirə bilirik, axıra kimi oynayırıq. 

– Sizcə, növbəti mövsümdə sizə indiki qədər büdcə veriləcək?

– Çox tezdir. Bilmədiyim bir şey haqda mənə suaı verirsiz. Mövsümün sonunda gələn ilin planlarını müzakirə edəcəyik. Büdcənin nə qədər olacağını bilmirəm. 

– Emin Mahmudovun müqaviləsi 2+1 illik idi. Artıq 2 il bitib. Emin növbəti mövsümdə komandada qalacaq?

– 1 illik müqaviləsi var. Hələ 3 oyun var. Müqaviləsi olanlar hələ ki, bizimlədir. Amma bu o demık deyil ki, sözləşməsi olanlar mütləq burada qalmalıdır. İnanıram ki, futbolçlarla fikirlərimiz üst-üstə düşəcək.

– “Neftçi”nin kapitanı Rza Cəfərov olsa da, futbolçu ictimaiyyəti Emin Mahmudovu kapitan kimi qəbul edir. Siz ona kapitanlığı niyə qaytara bilmədiz?

– “Qaytara bilmədiz” ifadəsinin arxasında başqa şeylər var. Sanki kimsə səni nəyəsə məcbur edir və sən də onun dediyini edirsən. Sanki məni yaxşı tanımırsız. Belə bir şey ola bilər? Mən “Neftçi”yə gələn ərəfədə kapitanlıq məsələsi həddindən artıq şişirdilmişdi. Emin Mahmudov, Ramil Şeydayev… Futbolçuların fikrini meydana yönəltmək, bu məsələni sakitləşdirmək üçün Rzanı kapitan təyin etdim. Emin bu mövsüm çox əziyyət çəkdi. Mütəmadi zədələr bizim alışdığımız Emini meydanda görməməyimizə səbəb oldu.

– Ötən tur qolunuz sayılmadı, penaltiniz verilmədi. Bu gün isə Elvin Camalova asanlıqla qırmızı vərəqə göstərildi. Sizcə, hadisələr niyə bu formada cərəyan edir?

– Buna səbəb var. Amma qərəzlə bağlı olduğunu düşünmürəm. Hansısa hakimin “Neftçi”dən, Samirdən zəhləsi gedir deyə bir şey yoxdur. Yanlış qərarların əziyyətini çəkdim. Bassala Sambunun kubokun yarımfinal oyunlarında olmaması öz təsirni göstərdi.Bugünkü epizodda mənim gördüyüm qədərilə Elvinin ayağı topa dəyir. “Neftçi” haqda çox danışılır. Nəticələrimiz yaxş deyil. Bizim düşdüyümüz situasiya heç kimə bu rahatlığı verməsin. Bunun sonu yaxşı qurtarmayacaq. Lazım olan insanlar masaya yumruğunu vuracaq. Ondan sonra Allah sizi qorusun. “Neftçi” haqda neqativ danışıqlara reaksiya verməməyimizin səbəbi var. Bu da futbolda başımızın aşağı olmasıdır. Nəticələrimiz heç kimə əsas vermir ki, “Neftçi”ni kimlərəsə xoş gəlmək üçün vasitə etsinlər. “Neftçi” bir gün özünə gələcək. Bu, tezliklə baş verəcək.

– Sizin planlarınızla klub rəhbərliyinin planları üst-üstə düşəcək?

– Yüz faiz əmin olun ki, rəhbərliklə fikirlərimiz üst-üstə düşür. Biz onları anlayırıq, onlar da bizi. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 04 May 2025 23:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see252

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see239

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see218

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see152

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see150

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see142

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see142

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see141

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see137

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see136

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri