Yüzdən çox qadının bu addımı rezonans doğurdu Azərbaycanda yenilik
Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Azərbaycanda qadınların taksi sektoruna qoşulması ilə yeni mərhələ başlayıb. Belə ki, bu günə qədər 169 qadın sürücü imtahanları uğurla keçərək şəhadətnamə alıb, onlardan 111-i artıq aktiv şəkildə taksi fəaliyyəti ilə məşğuldur. Sürücülər arasında 23 yaşlı ən gənc və 71 yaşlı ən təcrübəli xanım da var. Qadınların bu peşəyə marağı artdıqca, cəmiyyətdə mövcud olan stereotiplər də tədricən sarsılır. Bəzi vətəndaşların “qadın sürücüyə güvənmirəm” kimi yanaşmaları isə hələ də qalır.
Globalinfo.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, qadın sürücülərə güvənmək olar:
“Azərbaycanda qadın pilotlar da var və onlar təyyarə idarə edirlər. Təbii ki, qadınların avtomobil, avtobus və ya digər nəqliyyat vasitələrini idarə etməsi də etibarlıdır. Qadınlarımız artıq ictimai nəqliyyat vasitələrində – avtobus, metro və hətta qatar sahəsində işləmək üçün sənədlərini təqdim edirlər. Tarixən də qadınlar troleybus, tramvay və avtobus sürücüləri kimi fəaliyyət göstəriblər. Bu gün onların taksi sahəsində çalışması tamamilə normal haldır və heç bir mənfi tərəfi yoxdur. Əksinə, bu, cəmiyyətin taksi xidmətlərinə olan etimadını daha da artırır”.
Eldəniz Cəfərov
Ekspert bildirib ki, hazırda taksi sürücülüyü ilə bağlı təlimlər keçirilir və bu, cinsə görə fərqləndirilmir:
“Qadın və kişi sürücülər eyni proqram üzrə tədris alır, sonda imtahandan keçirlər. Bu da göstərir ki, qadın sürücülər peşəkar səviyyədə fəaliyyət göstərə bilirlər”.
Ləman İmran
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 24 Oktyabr 2025 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















