Icma.az
close
up
RU
Z virusu iqlimlə bağlıdır

Z virusu iqlimlə bağlıdır

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu infeksiya qorxulu deyil və uşaqlara təsir etmir

Ötən payızın elə ilk günlərindən insanların narahatlığına səbəb olan daha bir virusun yayılması xəbəri gündəmə gəldi. Poliklinikalara gəlişlərin sayı artdı, təcili yardımlara müraciətlər çoxaldı. Yüksək temperatur, boğaz ağrısı, səs tutulması, əzələ və oynaqlarda ağrı və əzginlik kimi klinik əlamətlərlə keçən virus infeksiyasında sıçrayışlı artım müşahidə olunur.

Pandemiya yaşamış cəmiyyətin narahatlığı təbiidir. Koronavirus qorxusunun insanlar arasında hələ də davam etdiyi dövrdə sosial şəbəkələrdə və bəzi saytlarda xəstəliyi, hətta, yeni virus ştammının törədə bilməsi ehtimalı kimi dəyərləndirənlər də var.

Virus və xəstəliyə yoluxma ilə bağlı daha düzgün məlumat almaq üçün səhiyyə eksperti, tibb elmləri doktoru Musa Qəniyevə müraciət etdik. Professor infeksiyanın yoluxma və yayılma səbəblərini, gedişini və virusun mutasiyalarını ətraflı şərh etdi:

– Gəzən söz–söhbətlərdən fərqli olaraq, deyə bilərik ki, təhlükəli heç bir yeni virus ştammı yaranmayıb. Düşünürük ki, yaxın 7–10 il ərzində belə bir virusun yaranması ehtimalı da yoxdur.

Dekabr ayında virus infeksiyasının kəskin artmasının əsas səbəbi isə, iqlim şəraitində kəskin disbalansın (sürətlə dəyişən temperatur fərqliliyi) nəticəsi olaraq, fəsli infeksiyalarda müşahidə olunan hiperaktiv fəallıqdır. Nisbi olaraq, nuklein ardıcıllığını dəyişərək, hazırda potensial fəallığı olan və 90–95 faiz məlum klinik əlamətləri törədən yalnız iki virus ştammı mövcuddur.

Bunlardan biri qripin A/H3N2 ştammı, digəri isə koronavirusun Stratus (XFG) ştammıdır. Hər iki virus ştammında müşahidə olunan mutasiyalar, əsasən virusun hüceyrəyə bağlanma sahəsində – spayka zülalında baş verdiyindən, yalnız xəstəliyə yoluxma riskini artırır. Bu mutasiyaların virusun aqressivliyi və ya letallığına (ölüm törətməsi) birbaşa təsiri yoxdur.

Mütəxəssislərin Honkonq qripi adlandırdıqları, yüksək temperatur, kəskin boğaz ağrısı, quru, tutmaşəkilli və sürəkli öskürəklə (traxeit) müşahidə olunan A/H3N2 ştammında aşağıdakı nöqtə mutasiyaları baş vermişdir: HA zülalında (hemaqqlyutin) 156-cı sırada serin histidinlə, 190-cı vəziyyətdə asparagin turşusu asparaginlə əvəz olunmuş, 160-cı sahədə şəkərlə yüklənmə baş vermişdir. NA zülalı (neyraminidaza) genində 122V və S247N nukleotid dəyişikliyi yaranmış (infeksiyadan sağalma dövrünün uzanmasının əsas səbəblərindən biri), virusdaxili zülal–polimeraza PB2 kompleksində E627K mutasiyası (qlütamin turşusunun lizinlə əvəz olunması) baş vermişdir. Qeyd edək ki, bu dəyişiklik virusun törətdiyi pirogen hiperaktivliyi tətiklədiyindən, virus bədənə daxıl olduğu ilk saatlarda belə, temperaturun 39–40 dərəcəyə qədər yüksəlməsinə səbəb olur.

Müsahibimiz hazırkı mutasiyanın koronavirusun əvvəlki mutasiyalarından fərqli olduğunu vurğuladı:

– Koronavirusun Stratus ştammı A/H3N2 ştammından fərqli olaraq, əvvəlcə boğazda “qaşınma” hissi verən ağrı, “qrippoz” əlamətlər, əksər hallarda “xırıltılı” səs və ya səsin tam tutulması, sonrakı günlərdə isə yüksək temperaturla müşahidə olunur. Bu ştammda törənən bütün nöqtə mutasiyaları S-spayka zülalında, yəni hüceyrəyə (ACE2 reseptoruna) bağlanan sahədə baş verdiyindən təhlükəli vəziyyət gözlənilmir.

Bunlar antitellərdən yayınmaya xidmət edən (T478K, N487D), virusun dözümlülüyünü (R346 və F456L), spayka zülalının stabilliyi və qırtlaq epitelisinə keçməsini təmin edən (S31P və K182R) mutasiyalardır. Odur ki, xəstələrin 70 faizdən çoxu, ilkin klinik əlamət kimi səsin tutulmasından əziyyət çəkirlər.

Digər tərəfdən, Stratus (XFG) ştammı Omikronun iki yarımvariantının–LF.7 və LP.8.1.2.–nin hibridi (rekombinat) olduğundan, “bədbəxt mutantlar” sinfinə aiddir və potensial letallıq fəallığı sıfra bərabərdir. Nəzərə almaq lazımdır ki, uşaqlarda ATE2 reseptorları tam formalaşmadığından, onların bu virusa yoluxma ehtimalı yoxdur.

İstər A/H3N2 qrup, istərsə də XFG koronavirusa yoluxma zamanı sağalmanın çox uzun– 20–25 gün çəkməsi, antiviral interferon fəallığının formalaşmasında ləngimə səbəbindən, hüceyrələrin uzun müddət özünü təmizləmə rejiminə keçə bilməməsidir. Koronavirusun digər (məsələn, Delta) ştammlarından fərqli olaraq, Stratus ştammı ağ ciyər alveollarına deyil, yalnız yuxarı tənəffüs yolu (burun–udlaq və qırtlaq) epitelisinə tropluq göstərməklə, həmin nahiyələrdə toplanır. Odur ki, bu ştammların ağciyərləri zədələmək və pnevmoniya kimi ağırlaşmalar törətmək ehtimalı, demək olar ki, yoxdur.

Professor hazırda insanları ən çox narahat edən və qorxuya salan əsas səbəbə – klinik əlamətlərin 7 gün deyil, 20–25 gün, hətta daha çox davam etməsinə də aydınlıq gətirdi:

– Bunun səbəbi mutatik spesifikliyə görə, orqanizm bu virusları daha gec tanıdığından, özünümüdafiə reaksiyalarının ləngiməsi, uzun müddət davam edən pandemiyaya görə “immun sistemin yorğunluğu”, yuxarı tənəffüs yollarında davamlı iltihabi proses səbəbindən, virus orqanizmdən tam xaric olduğu halda belə, ödəm, iltihablı proses və öskürəyin qalması, yüksək bədən temperaturunun neyromediator ehtiyatını tükəndirməsi, eləcə də 2–4 həftə müddətinə davam edən “virus sonu asteniya”dır.

Odur ki, hazırkı virus infeksiyası zamanı yüksək bədən temperaturunun 7 günə qədər, əzginlik və öskürəyin 14–21 gün, hətta daha uzun müddət davam etməsi, tamamilə normal haldır və heç bir xüsusi narahatlığa əsas vermir. Yoluxma baş verərsə, yalnız bədən temperaturu və su itkisi nəzarətdə saxlanılmaqla, simptomatik müalicə tədbirləri görülməlidir.

Zərifə BƏŞİRQIZI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Yanvar 2026 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see400

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see357

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see322

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see316

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see292

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see271

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see263

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see231

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see230

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see208

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see206

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see205

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see204

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see202

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see189

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see188

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see182

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see176

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see166

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri