Zabarnı PSJ nin əzmkar qələbəsindəki rolundan danışdı
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
PSJ-nin futbolçusu İlya Zabarnı Fransa Liqa 1-in yeddinci turunda “Strasburq” üzərində 3:1 hesablı qələbədən sonra fikirlərini bölüşüb.
İdman.Biz Paris klubunun rəsmi saytına istinadən xəbər verir ki, ukraynalı futbolçu komandasının əzmkar oyun nümayiş etdirdiyini və vurduğu qolla qələbəyə töhfə verdiyi üçün sevindiyini bildirib.
“Bilirdik ki, asan olmayacaq və buna hazırlaşmışdıq. Bir daha xarakterimizi göstərdik. Qol buraxdıq, amma oynamağı dayandırmadıq. Qol imkanları yaratdıq, öz oyun üslubumuza sadiq qaldıq və ən əsası, bir an belə təslim olmadıq.
Vurduğum qola gəlincə, fərqlənə və komandama kömək edə bildiyim üçün sevinirəm. Əlbəttə, bu, mənim üçün xoş məqamdır və ümid edirəm ki, eyni şəkildə davam edə biləcəyəm”, - deyə Zabarni vurğulayıb.
Qeyd edək ki, PSJ səfərdə “Strasburq”a qarşı oyunda 0:1 hesabı ilə geridə olmasına baxmayaraq, qələbə qazanıb. Zabarnı 77-ci dəqiqədə hesabı bərabərləşdirib. Daha sonra Usman Dembele və Dezire Due fərqlənərək Paris klubunun 3:1 hesablı qələbəsini təmin ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 18 Oktyabr 2026 04:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















