Zabitimizin şeiri Pakistan mətbatında YAYIMLANDI
Icma.az, Modern.az saytına istinadən bildirir.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “Əsgər” qəzetinin redaktoru mayor Anar Əhmədovun Azərbaycan və Pakistan xalqlarının əbədi dostluq və qardaşlığına həsr etdiyi “BAKIDAN SALAMLAR İSLAMABADA” adlı şeiri ingilis dilinə tərcümə olunaraq (“SALAM FROM BAKU TO ISLAMABAD”) Pakistanın nüfuzlu diplomatik nəşri olan “The Diplomatic Insight” jurnalının saytında həm Azərbaycan, həm də ingilis dillərində yayımlanıb.
Modern.az xəbər verir ki, müəllifin iki ölkənin əbədi dostluq və qardaşlığına həsr etdiyi, eləcə də Elmar Hüseynov tərəfindən ingilis dilinə tərcümə olunmuş şeiri bundan öncə Pakistanın “Sindh Courier” saytında işıqlandırılıb.
Məlumat üçün qeyd edək ki, zabitimizin Azərbaycan və Özbəkistan xalqlarının əbədi dostluq və qardaşlığına həsr etdiyi, eləcə də Gülzira Şaripova, Rahmat Babacan və Cahangir Namazov tərəfindən özbək dilinə tərcümə olunmuş şeirləri Özbəkistan mediasında da işıqlandırılıb. Bundan əlavə, mayor Anar Əhmədovun hərbi-vətənpərvərlik mövzusunda yazdığı məqalələri ölkəmizdə fəaliyyət göstərən bir çox jurnal, qəzet və saytlarda da geniş yayımlanıb.
Zabitimizin Pakistan mediasında yayımlanan şeirini aşağıdakı linklərə daxil olaraq oxuya bilərsiniz:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 15 Noyabr 2025 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















