Zabuxda məktəbli uşaqlarla görüş keçirilib VİDEO
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
İşğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" proqramı çərçivəsində sakinlərin təhlükəsizliyinin təmin edilməsi və mina təhdidlərinə qarşı mübarizə məqsədilə maarifləndirmə tədbirləri genişləndirilir. Bu silsilədən növbəti görüş Laçın rayonunun yenidən salınmış Zabux kəndində məktəbli uşaqlar üçün təşkil olunub.
Modern.az xəbər verir ki, tədbir Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təşkilatçılığı, eləcə də Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə baş tutub.
Tədbir zamanı ANAMA-nın mütəxəssisi tərəfindən şagirdlərə mina və partlamamış hərbi sursatların təhlükəsi, şübhəli əşyaların tanınma nişanələri barədə ətraflı məlumat verilib, təhlükəli ərazilərdə davranış qaydaları izah edilib, maarifləndirici brüoşurlar təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 18 Fevral 2026 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















