Icma.az
close
up
RU
Zahid Əliyevdən Boks Federasiyasına korrupsiya ittihamı VİDEO

Zahid Əliyevdən Boks Federasiyasına korrupsiya ittihamı VİDEO

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Serbiyanın Zlatibor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyində Yusif Ağakişiyevlə Viktor Maystroviçin final görüşündə baş verən qalmaqal hələ də müzakirə mövzusudur.

Fanat.Az xəbər verir ki, texniki direktor Hamza Avezovun rinqə daxil olaraq hakimə hücum çəkməsi boks ictimaiyyətində xoş qarşılanmayıb. 
Hətta Azərbaycan Boks Federasiyası (ABF) Hamza Avezovun davranışını etika uyğun olmayan hərəkət kimi dəyərləndirib. 

Azərbaycanın tanınmış boksçuları və məşqçilərindən bir çoxu isə hesab edir ki, ABF bu məsələylə bağlı yalnız quru bəyanatla kifayətlənməməlidir. Hamza Avezov barəsində lazımi tədbirlər görməlidir. 

Boks və fitboks üzrə məşqçi Ramil Məmmədzadə Fanat.Az-a bildirib ki, Hamza Avezovun davranışını idman etikasına uyğun olmayan hərəkət kimi dəyərləndirmək yetərli deyil: “Bu adam Azərbaycanı biabır edib. Onun etdikləri Azərbaycanın ayağına yazılır. Ona görə də hesab edirəm ki, bununla bağlı ciddi tədbir görülməlidir. Eyni zamanda Azərbaycan boksunu bu tip qeyri-peşəkarlara həvalə edənlər barəsində də ölçü götürülməlidir”. 

Əməkdar məşqçi Zahid Əliyev isə saytımıza açıqlamasında Avezovun etdiklərini Azərbaycan boksunun düşdüyü acınacaqlı durumun təzahürü adlandırıb: “Bu gün Azərbaycan boksu faciəvi dövrünü yaşayır. Karatedən, kikboksdan doluşublar boksa. Ona görə də boks bu gündədir”.

Zahid Əliyev məktəbli boksçuların Avropa birinciliyində Azərbaycan boksçularının göstərdiyi nəticələrə də toxunub. “Kadetlərin qalibiyyətini uğurlu nəticə kimi sırımaq lazım deyil. Ümumiyyətlə, bu nəticə sayılmır. Bunlar gedib kənardan məşqçi gətirir, başqa idman növlərindən kimlərisə yarışa aparır, mötəbər olmayan turnirlərdəki nəticləri uğur kimi təqdim edirlər. Çünki bu gün Azərbaycan boksunun başında qeyri-peşəkarlar dayanır. Məsələn, Rövşən Hüseynov. Azərbaycan boksunu məhv edən adamlardan biri də budur. Yaxud Samir Hüseynov. Bu adam korrupsiya cinayətinə görə məhkumluq həyatı yaşayıb. İndi onu boksun başına gətiriblər. Belə bir adam Azərbaycan boksuna nə töhvə verə bilər axı? Onun ümumiyyətlə, boksdan anlayışı varmı?!”, - deyə əməkdar məşqçi vurğulayıb. 

Zahid Əliyev kənardan məşqçi gətirilməsinin də arxasında korrupsiya əməllərinin dayandığını iddia edib: “Pul silirlər. Yerli məşqçilərlə bunu edə bilmirlər. Amma kənardan gətidirkləri ilə rahat şəkildə bu yola əl atırlar. Ona görə də bu gün Azərbaycan boksu acınacaqlı durumdadır. Yalandan inkişaf görüntüsü yaratmaq lazım deyil”.

Əli Sahib

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:41
embedMənbə:https://fanat.az
archiveBu xəbər 30 İyul 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see473

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see252

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see221

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see203

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see184

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see158

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see155

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see151

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see144

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see142

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see137

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri