Icma.az
close
up
RU
Zahid Oruc: Ölkəmizə quru sərhədlərini açması üçün təzyiq göstərilir

Zahid Oruc: Ölkəmizə quru sərhədlərini açması üçün təzyiq göstərilir

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Unutmayaq ki, 44 günlük Vətən müharibəsi zamanı sərhədlərdə tətbiq edilən xüsusi rejim və məhdudiyyətlər qələbəmizdə həlledici rol oynadı. Məhz həmin tədbirlər kənar hərbi müdaxilələrin yolunu kəsdi, silah və canlı qüvvə axınının qarşısını aldı, arxa cəbhədə sabitliyi təmin etdi.

Modern.az xəbər verir ki, bu sözləri deputat Zahid Oruc Milli Məclisin növbəti plenar iclasında quru sərhədlərinin bağlı qalması ilə danışarkən deyib.

“Qurtuluş savaşımızda 500 kilometrdən çox dövlət sərhədi işğaldan azad edildi. Bir vaxtlar ölkəmizin sərhədlərinin pozulmasına susanlar, müharibə zamanı nəzarətsiz ərazilərdən Qarabağa silah və yanacaq daşıyanlar, 90-cı illərdə yüz minlərlə evi, mülkü talan edib Araz üzərindən satanlar indi Azərbaycandan tam açıq sərhəd tələb eləyirlər”.

Zahid Oruc sərhədləri açıq olan Gürcüstan və Ermənistanla Azərbaycanın fərqli mövqelərdə olduğunu deyib.

 “Sual veririk: ÜDM-in 10 faizi turizmdən formalaşan ölkələrin təhlükəsizlik reallığı Azərbaycanla eynidirmi? Xeyr. Çünki biz torpaqlarımızı azad etmişik, lakin müharibə başa çatsa da təhlükəsizlik riskləri avtomatik yoxa çıxmayıb”.

Deputat Rusiya və İranda yaşayan soydaşlarımızın təzyiqlərə məruz qaldığını bildirib.

“Daha iki qonşu dövlət soydaşlarımıza basqı eləyərək, -şimalda onları mütəşəkkil cinayətkar dəstə, cənubda isə azərbaycanlıları humanitar təsir silahına çevirərək, ölkəmizə sərhədləri açması üçün informativ-siyasi təzyiq göstərirlər. Azərbaycan isə kvotalara məcbur deyil. Sərhədləri azad edən dövlət risklər azaldıqca məhdudiyyətləri də ləğv edəcəyinə inanır” - deyə o bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Dekabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri