Icma.az
close
up
RU
Zahid Oruc: Tarixi irsimizi mənimsəyə bilməzlər

Zahid Oruc: Tarixi irsimizi mənimsəyə bilməzlər

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Qarabağ və ümumən Cənubi Qafqazın mədəni-tarixi irsi ətrafında gedən mübahisələr torpaqlarımızın azad olunmasından sonra yeni mahiyyət qazanıb. Gəncəsər, Xudavəng, Ağoğlan və digər abidələr ətrafında mübahisələrin bu qədər sərt olmasının səbəbi də budur. Tarixi irsin müəllifliyi regionda yaşayan xalqların tarixi kimliyini müəyyənləşdirmək üçün mühüm meyara, pasporta çevrilib".

Bu fikirləri deputat Zahid Oruc BAKU.WS-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, dünya tarix elmi Qafqaz Albaniyası adlı dövlətin mövcudluğunu və onun ayrıca xristian kilsəsi, yepiskopları, katolikosları və kilsə iyerarxiyasının olduğunu qəbul edir. Təkcə milli tarixşünaslar tərəfindən deyil, o cümlədən Qərb və regional akademik ədəbiyyatda Qafqaz Albaniyası ayrıca siyasi və dini məkan kimi qəbul edilir.

Lakin məlumdur ki, kilsə ənənəsi Albaniya dövlətinin siyasi varlığının aradan qalxması ilə birdən-birə yox olmayıb. Əksinə, "Ağuank" və ya "Alban" katolikosluğu adı orta əsrlər boyu müxtəlif formalarda yaşamaqda davam edib. Gəncəsər tarixi baxımdan əsas mərkəzlərdən birinə çevrilib. Hətta Gəncəsarı sırf erməni monastırı kimi iddia edən mənbələr belə onun XIV əsrdən XIX əsrin əvvəllərinədək "Caucasian Albania Catholicos"unun iqamətgahı olduğunu qəbul edirlər.

Zahid Oruc qeyd edib ki, Gəncəsərin 1240-cı il təqdis mərasimi ənənəvi elmi mübahisələrə aydınlıq gətirir. Erməni irsi platforması olan Monument Watch belə Kirakos Gəncəlinin məlumatına əsaslanaraq həmin tədbirdə Qafqaz Albaniyasının katolikosu Nersesin iştirak etdiyini yazır. Əgər versiya doğrudursa, o halda bu, Azərbaycan mənbələrinin irəli sürdüyü "Ağuank/Alban katolikosu" titulunun uydurma olmadığını göstərir.

"Divar kitabəsi, katolikos titulu, təqdis mərasimi, kilsə iyerarxiyası - bunların hamısı həmin coğrafiyada hansı dini-siyasi ənənənin yaşadığını göstərən ilkin mənbələrdir", - deyə deputat vurğulayıb.

O bildirib ki, Ağuank katolikosluğunun taleyi ilə bağlı ən mühüm dönüş XIX əsrin əvvəllərində baş verib. Burada faktlar maraqlıdır, çünki erməni akademik mənbələri də 1815-ci ildə Ağuank katolikosluğunun ləğv edildiyini qəbul edir.

Ermənistan elmi nəşrlərində göstərilir ki, 1815-ci ildə bütün ermənilərin katolikosu Efremin xüsusi kondakı ilə Ağuank katolikosluğu aradan qaldırılıb və onun yerində erməni patriarxlığına tabe metropolitlik yaradılıb. Eyni məlumat başqa bir elmi araşdırmada da təkrar olunur: son katolikos Sargis Hasan-Cəlalyan Ağuank metropoliti təyin edilib, Gəncəsər isə dini rəhbərin iqamətgahı olaraq qalıb.

1836-cı ildə isə Rusiya imperiyası daha geniş hüquqi-kilsə islahatı həyata keçirib. I Nikolay tərəfindən təsdiqlənən "Erməni-Qriqorian Kilsəsinin işlərinin idarə edilməsi haqqında Əsasnamə" imperiya daxilində erməni apostol kilsəsinin hüquqi quruluşunu müəyyənləşdirib. Rusiya Prezident Kitabxanasında həmin sənəd ayrıca saxlanılır və onun 11 mart 1836-cı ildə təsdiqləndiyi göstərilir.

Yeni əsasnamədən sonra Ağuank/Gəncəsər dini strukturunun qalan ayrıca inzibati statusu da aradan qalxıb. Bakı-Azərbaycan yeparxiyasının tarixi icmalında bunun nəticəsində əvvəlki Alban katolikosluğunun ərazilərinin müxtəlif erməni yeparxiyalarına bölündüyü göstərilir.

1815-ci ildə Rusiya imperiyasının siyasi hakimiyyəti şəraitində Ağuank katolikosluğunun statusu ləğv edilərək metropolitliyə endirilib, 1836-cı il imperiya əsasnaməsi isə onun ayrıca inzibati varlığına hüquqi şəkildə son qoyub.

XIX əsr Cənubi Qafqazında dini mənsubiyyət insanların sosial, hüquqi və etnik identifikasiyasının əsas göstəricilərindən biri idi. Ağuank katolikosluğu ayrıca institut kimi yaşadıqca, onun adı da, tarixi yaddaşı da, dini iyerarxiyası da ayrıca qalırdı. Dini struktur ləğv edilərək daha böyük erməni apostol sisteminə daxil ediləndən sonra isə Ağuank adı siyasi və dini praktikadan tədricən çıxarılır.

Azərbaycan tarixşünaslığı Alban kilsəsinə aid arxiv materiallarının 1909–1910-cu illərdə məhv edilməsini faktlarla sübut edir. Yerli müəlliflər mötəbər mənbələrə əsaslanaraq, Rusiya Müqəddəs Sinodunun köhnə yeparxiya sənədlərinin məhv edilməsinə icazə verdiyini və materiallar arasında keçmiş Alban kilsəsinə aid sənədlərin də olduğunu bildirirlər.

"Ona görə də Qarabağdakı bütün xristian abidələri yalnız erməni milli tarixi çərçivəsində təqdim etmək onu mifik Ermənistan dövləti iddiasının tarixi coğrafiyasına çevirmək məqsədinə xidmət edir. Erməni tarixçilərinin belə məkrli ideologiyalarının ağır nəticəsi Vətən müharibəsində cəzalandırıldı.

Azərbaycan azad olunmuş torpaqları üzərində bütün maddi və mədəni irsin sahibidir. Ermənistan isə otuz ildə həm qədim azərbaycanlıların yurdunda, həm də Qarabağ və ətraf ərazilərdə min illik tarixi mirası silərək onu erməniləşdirməyə çalışıblar.

8 avqust 2025-ci ildə Ağ Evdə imzalanan sülh sənədi ölkəmizin ərazi bütövlüyünü tanıyan Paşinyan hakimiyyəti üzərində mühüm öhdəliklər və tələblər qoyur. Revanşist və daşnak təfəkkürünün qarşısına "real Ermənistan" kursu ilə çıxan İrəvan hökuməti sülh müqaviləsini imzaladıqdan sonra Gəncəsərin epiqrafikası, Kirakos Gəncəlinin mətnləri, Ağuank katolikoslarının siyahıları, rus imperiya sənədləri, Eçmiədzin fondlarını Azərbaycan tarixçiləri ilə birlikdə araşdırma hüququ əldə edə bilər.

Lakin tarixi irsin müəllifliyi uğrunda mübarizəni separatizmin və ərazi iddialarının, yaxud geriyə qayıdış hərəkatının ideologiyasına çevirməyə prezident İlham Əliyev və ordumuz icazə verməyəcək", - deyə Zahid Oruc bildirib.

Şahanə Xankişiyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://baku.ws
archiveBu xəbər 15 Sentyabr 2026 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri