Icma.az
close
up
RU
Zahid Orucun sədri olduğu komitədə 4 məsələ müzakirəyə çıxarıldı

Zahid Orucun sədri olduğu komitədə 4 məsələ müzakirəyə çıxarıldı

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Dekabrın 6-da Milli Məclisin İnsan hüquqları komitəsinin videokonfrans formatında iclası keçirilib.

Redaktor.az-ın məlumatına görə, iclası açan İnsan hüquqları komitəsinin sədri Zahid Oruc diqqətə çatdırıb ki, gündəliyə 4 məsələ daxil edilib.

Əvvəlcə “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında Qanun layihəsinə (birinci oxunuş) baxılıb. Qanun layihəsi barədə məlumat verən Komitə sədri bildirib ki, dəyişikliklər yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların təşkilini və fəaliyyətini təkmilləşdirməyi, həmçinin bu sahədə görülən işlərin səmərəliliyini artırmağı hədəfləyir. Bildirilib ki, layihəyə əsasən “yetkinlik yaşına çatmayan” ifadəsi “uşaq” ifadəsi ilə əvəz edilir, komissiyanın işlərinin icrası və nəzarəti üçün müvafiq katibliyin vəzifələri müəyyənləşdirilir. Dəyişikliklər, həmçinin bir sıra dəqiqləşdirmə və uyğunlaşdırmaları nəzərdə tutur.

Gündəlikdə duran növbəti məsələ - Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi (birinci oxunuş) müzakirə olunub. Komitə sədri bildirib ki, dəyişikliklər yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi üzrə komissiyaların fəaliyyətinin təkmilləşdirilməsi və effektivliyinin artırılması məqsədilə hazırlanıb. Layihəyə görə, uşaqlar üzərində qəyyumluq və himayəçilik funksiyalarını uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar həyata keçirəcək.

Gündəliyin üçüncü məsələsi olan “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi (üçüncü oxunuş) haqqında məlumat verən Komitə sədri Zahid Oruc bildirib ki, dəyişikliklər məişət zorakılığının qarşısının alınması, qurbanların hüquqlarının qorunması və məişət zorakılığı ilə mübarizə sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Sonra iclasda birinci oxunuşda olan gündəliyin sonuncu məsələsi - “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Valyuta tənzimi haqqında”, “Xidməti və mülki silah haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Notariat haqqında”, “İcra məmurları haqqında”, “İcra haqqında”, “Lotereyalar haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi müzakirə olunub. Qeyd olunub ki, qanun layihəsi mənzil fondunun özəlləşdirilməsi ilə bağlı sənədlərin elektron yolla əldə olunmasını nəzərdə tutur. Eyni zamanda bildirilib ki, təklif olunan dəyişikliklər sahəvi normativ hüquqi aktlarda təsbit edilərək, elektron xidmətlərin sayının artırılmasına və sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsinə imkan yaradacaq ki, bu da öz növbəsində vaxt itkisinin azaldılmasına, vətəndaş məmnunluğunun artmasına və qurumlararası elektron inteqrasiyanın güclənməsinə xidmət edəcək.

Qanun layihələrinin müzakirəsində komitənin sədri Zahid Oruc, üzvləri Hikmət Məmmədov, Vüqar Rəhimzadə, Mübariz Qurbanlı, Elman Nəsirov, Sevil Mikayılova, Bəhruz Məhərrəmov çıxış edərək təqdim olunan qanun layihələrinin əhəmiyyətini qeyd ediblər, təklif olunan dəyişikliklər barədə fikirlərini ifadə ediblər, suallarını səsləndiriblər.

İclasda iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnsan hüquqları üzrə qanunvericilik sektorunun müdiri Sarvan Sadıqov deputatların qaldırdığı məsələlərə münasibət bildiriblər, onların suallarını cavablandırıblar.

Deputatlar müzakirəyə çıxarılan qanun layihələrinin hər birini Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə ediblər.

Onlayn iclasda komitənin üzvləri Naqif Həmzəyev, Səyyad Salahlı və digər rəsmi şəxslər iştirak ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Dekabr 2024 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see515

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see213

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see209

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see199

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see161

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see155

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see151

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see145

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see144

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri