Zakir Fərəcov sakinləri qəbul etdi
Icma.az, Axar.az saytına istinadən bildirir.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov vətəndaşların müraciətlərinin yerində öyrənilməsi və onları narahat edən məsələlərin operativ həlli məqsədilə növbəti səyyar qəbul keçirib.
Axar.az xəbər verir ki, şəhərin 4-cü mikrorayonunda təşkil olunan görüşdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhərin idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, eləcə də sakinlər iştirak ediblər.
Qəbul zamanı sakinlərin müraciətləri fərdi qaydada dinlənilib, onları narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Vətəndaşların qaldırdıqları məsələlər, əsasən, yaşayış binalarının və məhəllədaxili ərazilərin abadlaşdırılması, kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi, yol infrastrukturunun yaxşılaşdırılması, eləcə də digər sosial-məişət problemləri ilə bağlı olub.
Zakir Fərəcov sakinlərin müraciətlərini diqqətlə dinləyərək qaldırılan məsələlərin hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib. Həlli əlavə araşdırma tələb edən müraciətlərin nəzarətə götürülməsi və nəticələri barədə vətəndaşların məlumatlandırılması tapşırılıb.
Görüşdə şəhərdə həyata keçirilən abadlıq-quruculuq işləri, yaşayış məhəllələrində infrastrukturun yenilənməsi və əhalinin rahatlığının təmin olunması istiqamətində görülən tədbirlər barədə də məlumat verilib. Bildirilib ki, sakinlərin gündəlik həyat şəraitinin yaxşılaşdırılması, mövcud problemlərin mərhələli şəkildə aradan qaldırılması və şəhər təsərrüfatının müasir tələblərə uyğun inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır.
Səyyar qəbul zamanı vətəndaşlarla birbaşa ünsiyyətin əhəmiyyəti vurğulanıb, bu cür görüşlərin sakinlərin müraciətlərinin yerində öyrənilməsinə və aidiyyəti qurumlarla vətəndaşlar arasında operativ əlaqənin təmin edilməsinə xidmət etdiyi qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 18 Sentyabr 2026 17:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















