Zakir Həsənov ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb
Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən Müdafiə Nazirliyinin ali hərbi rütbələr verilən hərbi qulluqçuları ilə görüşüb.
Newscenter.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2025-ci il tarixli Sərəncamı və müdafiə nazirinin müvafiq əmri oxunub.
Hərbi qulluqçulara ali hərbi rütbələri təqdim edən müdafiə naziri onlara Ali Baş Komandanın təbriklərini çatdırıb, gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
Təltif olunan zabitlər göstərilən etimada görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirib, göstərilən etimadı doğruldacaqlarını əminliklə ifadə ediblər.
Mehman Mehdiyev
Bu mövzuda digər xəbərlər:Zakir Həsənov Birlik 2025 birgə regional təlimində iştirak edən hərbi qulluqçularla görüşüb
21 Oktyabr 2025 20:46
Zakir Həsənov hərbi təlimləri izlədi
19 Fevral 2025 15:44
Zakir Həsənov Haluk Görgünlə görüşüb
23 İyul 2025 11:13
Zakir Həsənov slovakiyalı həmkarı ilə görüşüb
04 Noyabr 2024 19:28
Zakir Həsənov Yaşar Güler ilə görüşüb
12 Aprel 2025 10:03
Baxış sayı:110
Bu xəbər 25 İyun 2025 18:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















