Zakir Həsənov birgə hərbi təlimdə iştirak edib
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimində iştirak edib.
Bizim.Media xəbər verir ki, nazir təlim iştirakçıları qarşısında çıxış edərək bu cür təlimlərin ölkələrimizin ordularının inkişafında rolundan danışıb, təlimlərin şəxsi heyətin peşəkarlığının yüksəldilməsinə, qarşılıqlı təcrübə mübadiləsinə, sülhün və sabitliyin təmin olunmasına verdiyi töhfələri qeyd edib.
Qeyd edək ki, təlim çərçivəsində iştirakçılar hibrid təhdidlərə, terror fəaliyyətlərinə qarşı mübarizənin aparılması, yaşayış məntəqələrində antiterror əməliyyatlarının keçirilməsi, müştərək planlaşdırılma və qanunsuz silahlı qruplaşmaların zərərsizləşdirilməsi üzrə tapşırıqları birgə icra ediblər.
Təlimin əsas məqsədləri ölkələrimizin orduları arasında əməkdaşlığın genişləndirilməsi, şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsi, həmçinin dayanıqlı sülhə və təhlükəsizliyə töhfə verməkdir.
Eyni zamanda təlimin keçirilməsində məqsəd beynəlxalq əməliyyatların müştərək planlaşdırılması, şəxsi heyət arasında dostluq əlaqələrinin gücləndirilməsi və tapşırıqların birgə icrası zamanı bölmələr arasında qarşılıqlı uzlaşmanın təmin edilməsidir.
Bizim.Media
Baxış sayı:77
Bu xəbər 01 Oktyabr 2026 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















