Icma.az
close
up
RU
Zakir Həsənov hərbçiləri təbrik etdi

Zakir Həsənov hərbçiləri təbrik etdi

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbçiləri təbrik edib.

Modern.az xəbər verir ki, təbrikdə deyilir:

Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!

Sizi Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, çətin, eyni zamanda, şərəfli və müqəddəs xidmətinizdə uğurlar arzulayıram.

Ümummilli Lider Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində dövlət səviyyəsində qeyd olunan və xalqımızın əziz bayramı sayılan Novruz yazın gəlişindən, təbiətin oyanışından xəbər verir. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan qədim zamanlardan müasir günümüzədək milli-mənəvi dəyərlərimizə əbədiyaşarlıq qazandıraraq Novruz ənənələrimizi qoruyub saxlamışdır. Tarixin ən sərt mərhələlərində belə xalqımız Novruzun gəlişini özünəməxsus coşqu və yüksək əhval-ruhiyyə ilə qeyd edib. Odlar yurdu Azərbaycanda Novruz ənənələrinin yaşanması xalqımızın milli-mənəvi dəyərlərinə verdiyi dəyərin bariz nümunəsidir.

Möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində müstəqil respublikamızda vətəndaş həmrəyliyinə nail olunub, ölkəmiz dünya dövlətləri sırasında ən layiqli yerlərdən birini tutub. Bu gün ölkə iqtisadiyyatının dayanıqlı inkişafı təmin edilib, dövlətçilik ənənələrimiz daha da möhkəmlənib. Ölkəmizin hərbi qüdrətinin və ordumuzun peşəkarlığının daha da artırılması məqsədilə atılan addımlar ölkədə həyata keçirilən islahatların əsas hissələrindəndir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlət və ordu quruculuğu istiqamətində görülən mühüm işlər, atılan qətiyyətli addımlar, eləcə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan çoxsaylı nəhəng layihələr sayəsində xalq-dövlət-ordu birliyi ən yüksək səviyyəyə çatmış, Azərbaycanın dünyada nüfuzu daha da artmış, milli-mənəvi dəyərlərimizin beynəlxalq miqyasda təbliği geniş vüsət almış, Azərbaycanın mədəni irsinin, dövlətçilik ənənələrinin dünyada tanınması təmin olunmuşdur.

Bu inamlı fəaliyyətlərin məntiqi nəticəsidir ki, Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə 44 günlük Vətən müharibəsində, eləcə də sonrakı uğurlu döyüş əməliyyatlarında Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlar, fədakarlıq nümunələri sayəsində 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımız azad edildi. Müzəffər Ali Baş Komandanın inamlı və uzaqgörən siyasəti, qətiyyətli mövqeyi, ordumuzun qüdrəti sayəsində parlaq Qələbə qazanıldı, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin edildi. Bu gün rəşadətli Azərbaycan Ordusu işğaldan azad olunmuş ərazilərimizdə Vətənimizin keşiyində mətinliklə dayanmaqla genişmiqyaslı bərpa-quruculuq işlərinin icrasına layiqli töhfələr verməkdədir.

Azərbaycan Respublikasının Prezdenti, Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində Azərbaycanın suverenliyinin, müstəqilliyinin qorunması, ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən şəhidlərimizin ailə üzvləri, valideynləri və döyüş əməliyyatları zamanı sağlamlığını itirən silahdaşlarımızın sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğı və problemlərinin həlli istiqamətində mühüm addımlar atılır. Hər zaman olduğu kimi, Novruz bayramı ərəfəsində bütün şəhidlərimizin əziz xatirəsini də dərin hörmət və ehtiramla yad edirik. Eyni zamanda, onların valideynlərini, ailə üzvlərini, Vətən uğrunda sağlamlığını itirən silahdaşlarımızı, əziz veteranları bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram. Arzu edirəm ki, Novruz bayramı gəlişi ilə ölkəmizə əmin-amanlıq, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət gətirsin.

Bir daha hər birinizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram.

Novruz bayramınız mübarək olsun!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Mart 2025 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri