Icma.az
close
up
RU
Zakir Həsənov Səudiyyə Ərəbistanı Krallığının hərbi nümayəndə heyəti ilə görüşüb

Zakir Həsənov Səudiyyə Ərəbistanı Krallığının hərbi nümayəndə heyəti ilə görüşüb

Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının hərbi nümayəndə heyəti ilə görüşüb.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, qonaqları salamlayan general-polkovnik Z.Həsənov onları Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib. Müdafiə naziri ölkələrimiz arasında dostluq və qardaşlıq prinsipi üzərində qurulan əlaqələrin inkişaf etdirilməsinə xüsusi önəm verildiyini və hər zaman Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət mərkəzində saxlanıldığını bildirib.

Cari ilin 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində Səudiyyə Ərəbistanının geniş tərkibdə nümayəndə heyəti ilə iştirakının yüksək qiymətləndirildiyi qeyd olunub.

Nazir Vətən müharibəsində qazanılan Qələbədən sonra azad edilmiş ərazilərin minalardan təmizlənməsi ilə bağlı görülən tədbirlər barədə qonağı məlumatlandırıb və Səudiyyə Ərəbistanı tərəfindən bu işdə göstərilən dəstəyə görə qonağa təşəkkürünü bildirib. Qeyd edilib ki, Vətən müharibəsindən sonra minaların partlaması nəticəsində indiyədək zərər çəkən 382 nəfər mülki və hərbi qulluqçudan 70 nəfəri həlak olub.

Daha sonra general-polkovnik Z.Həsənov Bakıda Azərbaycan-Türkiyə-Səudiyyə Ərəbistanı arasında kəşfiyyat sahəsində üçtərəfli formatda keçiriləcək işçi görüşündə iştirakçılara uğurlar arzulayıb.

Ölkəmizə səfərindən məmnun olduğunu qeyd edən nümayəndə heyəti göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması münasibətilə general-polkovnik Z.Həsənovu təbrik edib, şəhid olanlara Allahdan rəhmət diləyib və onların yaxınlarına dərin hüznlə başsağlığı verib. Qonaq hərbi nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əlaqələrimizin genişlənməsinə təkan verdiyini vurğulayıb.

Görüşdə hərbi, hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Sonra qonaqlar Azərbaycan Ordusunun Baş Qərargahına gəlib. Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti ilə görüşüb.

Görüşdə qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın daha da inkişaf edəcəyinə əminlik ifadə olunub. Tərəflər, həmçinin təcrübə mübadiləsinin əhəmiyyətini xüsusi vurğulayıb və maraq doğuran bir çox digər məsələlərə dair müzakirələr aparıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://mia.az
archiveBu xəbər 03 Dekabr 2024 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see310

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see214

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see204

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see198

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see190

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see189

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see168

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see162

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see155

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see152

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see147

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see143

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see142

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see139

“Qarabağ” “Araz Naxçıvan”a qarşı

14 Dekabr 2025 11:06see131

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see128

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see124

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see124

“İnter Mayami” dünya çempionu heyətinə qatdı 15 milyona

14 Dekabr 2025 13:18see123

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri