Zakir Həsənov Slovakiyaya gedib FOTO
Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Slovakiya Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın dəvəti ilə bu ölkədə rəsmi səfərdədir.
Müdafiə Nazirliyindən Mia.az-a bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov "Slavin - İkinci Dünya Müharibəsi abidəsi"ni ziyarət edib. Abidə önünə əklil qoyaraq həlak olanların xatirələrinə ehtiram nümayiş etdirib.
Bratislava şəhərində Azərbaycan müdafiə naziri slovakiyalı həmkarı ilə görüşüb.
Görüşdən əvvəl təşkil edilən rəsmi qarşılanma mərasimində müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Nümunəvi hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Görüşdə Azərbaycan ilə Slovakiya arasında hərbi əməkdaşlığın cari vəziyyəti barədə ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.
Tərəflər, həmçinin hərbi, hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
Baxış sayı:133
Bu xəbər 04 Noyabr 2024 19:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















