Icma.az
close
up
RU
Zakir Həsənov xüsusi təyinatlı təhsil müəssisələrində olub VİDEO

Zakir Həsənov xüsusi təyinatlı təhsil müəssisələrində olub VİDEO

Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.

Müdafiə naziri müvafiq tapşırıqlar verib

Martın 19-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin əsaslı təmir olunan əsgər yeməkxanasına baxış keçirib.

Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən bildirilib.

Müdafiə nazirinə iki mərtəbəli geniş yeməkxana binası yüksək keyfiyyətli qida məhsullarının hazırlanması üçün müasir tipli avadanlıqlarla təchiz olunduğu məruzə edilib: "Burada mətbəx və təsərrüfat otaqları, eləcə də ərzaq və əşya anbarları vardır. Yeməkxana kompleksində çörək istehsalı sahəsi də fəaliyyət göstərir".

Daha sonra general-polkovnik Z.Həsənov Silahlı Qüvvələrin Hərbi Akademiyasının tədris korpusuna baxış keçirib, əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Qeyd olunub ki, tədris korpusunda hərbi elm və təhsil sisteminin daha yüksək səviyyədə təşkili üçün hər cür şərait mövcuddur.

Xüsusi təyinatlı təhsil müəssisələrinin rəhbərləri, professor və müəllim heyəti qarşısında çıxış edən general-polkovnik Z.Həsənov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən aparılan struktur islahatları çərçivəsində Milli Müdafiə Universitetinin yaradılması ilə Türkiyə Silahlı Qüvvələri modelinin Azərbaycan Ordusunda tətbiqi, o cümlədən hərbi elm və təhsil sahəsinin inkişafı uğurla davam etdirilir.

Müasir dövrdə elmi əsaslarla yanaşmanın vacibliyini qeyd edən nazir elm və təhsilin vəhdət şəkildə tətbiqinin ordu quruculuğunda mühüm rol oynadığını, eləcə də aparılan elmi tədqiqat işlərinin praktiki olaraq həyata keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.

Sonda müdafiə naziri general-polkovnik Z.Həsənov hərbi elm və təhsil sisteminin daha yüksək səviyyədə təşkili ilə bağlı müvafiq tapşırıqlar verib, xüsusi təyinatlı təhsil müəssisələrinin heyətini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://ayna.az
archiveBu xəbər 09 May 2025 03:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see383

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see357

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see340

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see286

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see283

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see253

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see249

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see233

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see210

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see208

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see202

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see200

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see191

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see187

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see187

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see177

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see177

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see176

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see172

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri