Icma.az
close
up
RU
Zakir Qaralovun şirkətinin dövlətə 20 milyon borcu var

Zakir Qaralovun şirkətinin dövlətə 20 milyon borcu var

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

“Azərbaycanın ən iri tikinti şirkətlərindən biri olan “Akkord” şirkətlər qrupuna daxil müəssisələrin dövlət qarşısında milyonlarla manat vergi borcu yaranıb. Rəsmi mənbələr və media məlumatları bu borcun səbəblərinin həm maliyyə, həm struktur, həm də idarəetmə problemləri ilə bağlı olduğunu göstərir.

Turkustan.az xəbər verir ki, bu barədə “​​​​​​​Bakı-xeber” yazıb.

“Son rəsmi məlumatlara əsasən, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin 22 fevral 2024-cü il tarixinə dövlət qarşısında 15 milyon 6 min 168 manat 49 qəpik vergi borcu var. Bu, şirkətin 2022-ci ildəki təxminən 8 milyon manatlıq borcuna nisbətən iki dəfədən çox artım deməkdir. Qrupun digər törəmə şirkətləri də borclu vəziyyətdədir. “Akkord Hydrotechnical Construction Company” MMC - 4,4 milyon manata yaxın borcu ilə siyahıda öndədir. “Akkordian Traden” MMC - 110 min manatdan çox borcu var. “Akkord Qum” MMC - Vergilər Xidmətinin “risqli vergi ödəyiciləri” siyahısına salınıb. “Hydraulic Mechanisms Company” MMC - təxminən 172 min manatlıq borcu qeyd olunur", - deyə yazıda bildirilir.

Bakı Kommersiya Məhkəməsinin saytında “Akkord Hydrotechnical Construction Company” və “Akkordian Traden” MMC-lərlə bağlı bir neçə mülki iş qeydiyyata alınıb. Bu iddialar əsasən müqavilə öhdəliklərinin pozulması, təchizatçı borcları və vergi ödənişlərinin gecikməsi ilə bağlıdır. Vergilər Xidmətinin “riskli vergi ödəyiciləri” siyahısına daxil olunmaq şirkət üçün ciddi xəbərdarlıq hesab olunur.

Bu status şirkətin dövlət sifarişlərinə çıxışını, tender iştirakını və bank kreditlərinə əlçatanlığını məhdudlaşdırır. İqtisadçıların fikrincə, “Akkord” kimi iri inşaat qruplarının vergi borcları layihələrin maliyyələşdirilməsində fasilələr və gecikən ödənişlərlə bağlı yarana ola bilər.

“Akkord” şirkətlər qrupu 2000-ci illərin ortalarından etibarən Azərbaycanın ən iri tikinti brendlərindən biri kimi formalaşıb.

Media mənbələri və bəzi iqtisadçılar şirkətin sabiq baş prokuror Zakir Qaralovun ailəsinə məxsus biznes strukturu olduğunu bildirirlər. Rəsmi sənədlərdə Qaralovun birbaşa pay sahibliyi göstərilmir.

Ancaq keçmişdə onun yaxın çevrəsinə məxsus şirkətlər və idarəçilər vasitəsilə dolayı nəzarət həyata keçirdiyi iddia edilir. Zakir Qaralov 2020-ci ildə baş prokuror vəzifəsindən azad edilib və hazırda heç bir dövlət vəzifəsi daşımır.

Bununla belə, ekspertlərin fikrincə, onun “köhnə təsir dairəsi” hələ də qalır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 22 Oktyabr 2025 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see211

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see197

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see169

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see158

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see158

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see146

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see134

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see134

Agentlikdə müşavirlər və şöbə müdiri vəzifədən azad edildi Sədrin də işdən çıxarılacağı gözlənilir

05 Dekabr 2025 13:54see134

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see131

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see131

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see129

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see128

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see128

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see127

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see127

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see125

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see125

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see124

Venesuelanın keçmiş kəşfiyyat rəisi Maduro haqqında danışıb...

06 Dekabr 2025 01:16see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri