“Zaman gələcək Xaçaturyan digər seperatçı rejim rəhbərləri kimi...”
Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Ermənistanda keçirilən Avronest sessiyasında Köçəryanın Ermənistan fraksiyasından olan nasist millət vəkili Artur Xaçatryan ölkəsinin cinayətlərini etiraf etmək əvəzinə, Azərbaycanı "faşist dövləti" adlandırıb, "ermənilərin etnik təmizlənməsi" və "hərbi əsirlər" haqqında köhnə mahnıları yenidən oxuyub”.
Adalet.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.
O bildirib ki, bir milyona yaxın azərbaycanlını evlərindən qovub çıxaran, şəhərləri, kəndləri və məscidləri dağıdan, Qarabağı və Şərqi Zəngəzuru yaşanmayacaq əraziyə çevirən cinayətkar bir ölkənin deputatı Azərbaycanı absurd iddialar ilə günahlandırması sağlam məntiqə sığmır:
“30 ildir ki, Ermənistan "öz müqəddəratını təyin etmə" şüarları altında məhz soyqırımı və etnik təmizləmə ilə məşğul olub. Hələ də Azərbaycanın 4 kəndi erməni işğalı altındadır. İndi Azərbaycan öz ərazilərini azad edib və bir çox həqiqətlər üzə çıxdığı üçün Xaçatryan və onun kimiləri tarixi təhrif etməyə, erməni cəlladlarını münaqişə qurbanı kimi göstərməyə çalışırlar. Amma erməni yalanların vaxtı bitdi. Qarabağ Azərbaycandır və heç bir revanşist isteriyası bunu dəyişdirə bilməz. Bakı viran qoyulmuş torpaqlarını bərpa edərkən, İrəvanda bəziləri hələ də keçmişdə yaşayır, miflərinə və şikayətlərinə sadiq qalır. Zaman gələcək, Xaçaturyan digər seperatçı rejim rəhbərləri kimi, önündəki əski parçası ilə nahar edəcək. Buna kimsənin şübhəsi olmasın”.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 31 Oktyabr 2025 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















