Icma.az
close
up
RU
Zamanı gəlib, biz xalqın ayağına getməliyik

Zamanı gəlib, biz xalqın ayağına getməliyik

Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Elə bilirəm ki, məni qınamazlar. Türkiyəyə Nəsibə Zeynalovanın dərmanlarını almaq üçün getdim. Ekonomik vəziyyətlə, teatrdakı maaşla mümkün deyildi".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi Cahangir Novruzov "Qapqara" yutub layihəsində deyib. O, Türkiyəyə necə dəvət olunmasından da bəhs edib:

"Burada olarkən universitet rektoru Mehmet Şahin bəy mənim evimə iki dəfə gəldi. Elçibəyin dövründə Azərbaycanda ekonomikadan dərs demişdi. Azərbaycanı görmüşdü, ağıllı adam idi, bilirdi ki, nə boyda sənət var. Rektor olaraq seçildi və istədi ki, Kayseri Erciyes Universitetində "Gözəl sənətlər" fakültəsini Azərbaycan sənətkarlarının köməyi ilə açsın. Teatr bölümünə də məni dəvət etmişdilər. Amma Türkiyədəki ekonomik vəziyyətə görə 1995-ci ildə getdik. Boşuna deyildi, getmək məcburiyyətində idim". 

Xalq artisti teatrımızın hazırkı vəziyyətindən də danışıb:

"Azərbaycan deyimi, var "ölübdür xəbəri var". Biz bir az sənətimizə, dəyərlərimizə etinadsız yanaşırıq. Məqsədsiz və mənasız yaşayırıq, günahı özümüzdə görmürük. Mən öz peşəmdə də həmişə bunu deyirəm. Əgər tələbəm yaxşı deyilsə, günah məndədir. Bu sözdən də qorxmuram. 

Teatrın dirçəlməsi üçün universitetdən başlayaram. Hər şeyin təməli düzgün qoyulmalıdır. Gənclər hər zaman daha perspektivli sənətlər seçirlər. Zamanında Azərbaycanda incəsənətə gələnlər Müslüm Maqomayev, Nəsibə Zeynalova, Rəşid Behbudov, Bəşir Səfəroğlu olmaq istəyirdi. Ona görə gəlirdilər. İndi kim olmaq istəsinlər? İndi prokuror, həkim, vəkil olmaq istəyirlər. Çünki pul oradadır, maraqlıdır ki, həkimlər nə istəyir içirlər, amma Hippokrat andı içmirlər.

Dünya əxlaqı da dəyişir, diqqət etmək lazımdır.  Elə bir zaman gəlib ki, biz xalqın ayağına getməliyik, onun içindəki istedadı tapmalıyıq. Mən muğam müsabiqəsinə çox diqqətlə baxıram. Oradaki münsiflərin dəyərləndirmələrini görürəm, onlara minnətdaram. Bu insanların dürüstlüyü, peşəkarlığı Azərbaycan muğamı üçün 20 il sonraya da təməldir. Ona görə də Azərbaycanda aktyorları teatra götürəndə, canlı yayımda müsabiqədən keçirmək lazımdır. Mən görüm ki, kim yalan danışacaq. Teatr yalnız bu halda düzələ bilər. Sinifin başında isə işini bilən ustad durduğu zaman öz adının əskik çıxmasına icazə verməz".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://axsam.az
archiveBu xəbər 25 Avqust 2025 22:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see181

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see160

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see149

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see144

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see144

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see138

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see134

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri